Slimfit
  1. TARİXDƏ BU GÜN

Təyyarələrin üzməyi öyrəndikləri gün

Təyyarələrin üzməyi öyrəndikləri gün
Sakura

Təyyarələrin üzməyi öyrəndikləri gün

Ens.az xəbər verir ki, 1911-ci il yanvarın 26-da dünyada ilk hidroplanın uçuşu həyata keçirib. Bu, həm uçmaq, həm də su səthinə enə bilən ilk təyyarə idi ki, hazırda onlara hidrotəyyarələr kimi də adlandırırlar.

Hidrotəyyarədə ilk uçuşu Amerika aviasiyasının qabaqcıllarından olan Glenn Hammond Curtiss edib və ABŞ-da pilot lisenziyasını ilk alan şəxs olub. Məssələn, məşhur Rayt qardaşları anoloji lisenziyanı hətta 4-cü və 5-ci alan pilotlar olublar. Curtiss ilk belə təyyarəni özü düzəltmişdi və Triad A-1 adlandırmışdı. Yerə enmək üçün təkərləri və su üçün nəzərdə tutulan üzənləri vardı. Bu hidroplanın faydası tezliklə qəbul olundu və ABŞ, Rusiya, Yaponiya, Almaniya və Böyük Britaniyada satın alınmağa başladı. Həmin ölkələr çox sonralar Curtissin uçan qayıqlarına da sifariş verməyə başladılar.

Hidroplanın suya enməsi

26 yanvar 1983-cü ildə " Lotus 1-2-3" cədvəl prosessoru təqdim edildi. Cədvəl redaktoruna bu qeyri-ad ona görə verilmişdi ki, özündə 3 elementi əhatə edirdi: cədvəllər, qrafiklər və əsas verilənlər bazasının xüsusiyyətləri. İlk ilindəcə proqramın satış həcmi ona qədər populyar VisiCalc cədvəlini üstələdi. Lotusun populyarlığı, qüsursuzluğu və sürəti ilə bağlı idi. Buna assembler-də kod yazmaqla və BIOS olmadan ekrana çıxmaq və video yaddaşına məlumat yazmaqla nail olmaq mümkün oldu. 1995-ci ildə IBM Lotus və Lotus Smart Suite ofis dəstinin bir hissəsi olaraq hazırlanmış 1-2-3 proqramını satın aldı. Lakin sonralar tədricən Microsoft Excel bazarda Lotus 1-2-3 -ü sıxışdırdı.

Maraqlı fakt: Lotus 1-2-3-də belə bir səhv getmişdi - 1900 yanlışlıqla təqvimdə uzun il hesab olunurdu ( fevral ayı 28 gün yox , 29 gün olan il kimi qryd olunmuşdu) . Eyni səhv Excel-də də təkrarlanıb və hətta proqramın müasir versiyalarında da bu cürdür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR