Dərc edildi: Baxış sayı: 461
Təyyarələrdə koronavirusdan qoruyacaq yeni oturacaqlar istehsal ediləcək
Təyyarələrin interyerinin layihələndirilməsi ilə məşğul olan İtaliyanın “Aviointeriors” şirkəti yarım il ərzində yeni növ oturacaqların istehsalına başlayacağına söz verib.
“Flight global” xəbər verir ki, bu oturacaqlar karantindən sonra sərnişinlərə özlərini təhlükəsiz hiss etməyə kömək edəcək.
Şirkət yeni konseptinə “Janus” adı verib. İxtiranın əsas xüsusiyyəti ondan ibarətdir ki, mərkəzi oturacaqlar qıraqdakılara nisbətən əks tərəfə baxacaq.
Beləliklə sərnişinər arasında məsafənin artırılması təmin ediləcək.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət