Slimfit
  1. MARAQLI

Təyyarədə uçanda su içməyin inanılmaz faydaları

Təyyarədə uçanda su içməyin inanılmaz faydaları
Sakura

Təyyarədə uçanda su içməyin inanılmaz faydaları

Təyyarə sərnişinlərinə təsir edən ən geniş yayılmış sağlamlıq problemlərindən biri, susama, yəni maye itkisidir. Uçuş zamanı maye itkisinin qarşısını almaq üçün bol miqdarda su içilməlidir. Gündəlik həyatınızda bəzi anlarda içməyi unutduğunuz suyun bədəndəki hər bir sistemin düzgün bir şəkildə işləməsini təmin etdiyini bilirdinizmi?

Medpress.az xarici mediaya istinadla xəbər verir ki, kişilərin gündə 2,5 – 3,7, qadınların isə 2 – 2,7 litr su içməsi lazımdır. Təyyarə sərnişinlərinə təsir edən ən geniş yayılmış sağlamlıq problemlərindən biri, təyyarənin görərtəsində rütubət çatışmazlığı və kifayət qədər su istehlakı zamanı görülən dehidrasyondur. Uçuş zamanı dehidrasyonun (maye itkisinin) qarşısını almaq üçün bol miqdarda su içilməlidir.

Zəhərli maddələrdən təmizləyir

Hava səfərinin səbəb olduğu susuzlaşma xüsusilə təyyarənin göyətrəsindəki aşağı nəm səviyyələrindən irəli gəlir. Bu səbəblə, təyyarə səfəri zamanı kifayət qədər su içməklə bağlı tədbirlər görülməsini zəruri hala gətirib. Suyun faydaları isə belədir:

– İmmunitet sisteminin nizamlı bir şəkildə işləməsi üçün hər gün kifayət miqdarda su istehlak edilməlidir.

– Kifayət miqdarda su istehlak edilməsində dəri daha canlı, parlaq görünür.

– Qan təzyiqini tənzimləyərkən ürək ritm sürətini də ideal bir səviyyədə saxlayır.

– Bədən istiliyini normal saxlamağa yardımçı olur.

– Toxumaları və orqanları sağlam tutar. Böyrəkləri zəhərli maddələrdən təmizləyir.

– Hüceyrələrə oksigen və qida daşınmasını təmin edir.

– Qəbizliyin qarşısını alır, qidaların sağlam bir şəkildə həzm edilməsinə yardımçı olur.

Srpey və dərmanlarınızı yanınızda saxlayın

Havada olduğunuz müddətcə dehidrasyonun qarşısını almağın bəzi sadə yolları var. Məhz onlardan bəziləri:

Spirt istifadə etməyin

Sərnişinlər, adətən uçuş ərzində maye istehlak etməyi unudurlar. Dehidrasyonun qarşısını almaq üçün təyyarəyə minmədən əvvəl maye istehlak etməyə başlayın. Uçuş zamanı da fürsət tapdıqca su üçün. Ancaq bütün mayelərin yaxşı bir fikir olmadığını unutmayın. Spirt dehidrasyonu şiddətləndirər. Kofe, çay və kola kimi kofeinli içkilər də dehidrasyonu artıra bilər. 

Nəmləndirici istifadə edin

Təyyarənin göyərtəsində hava dəridə qurumaya səbəb ola bilər. Bol miqdarda su istehlakı ilə yanaşı, nəmləndirici krem alın və dərinizi nəm itkisinə qarşı qorumaq üçün uçuş zamanı tez-tez tətbiq edin.

Göz damcısı istifadə edin

Xüsusilə linza istifadə edən sərnişinlər üçün göyərtədəki aşağı hava gözdə qurumaya səbəb ola bilər. Bu problemi aradan qaldırmaq üçün həkiminiz tərəfindən təklif edilən göz damcıları gözdəki qurumaya qarşı xilas vasitəsidir.

Burun spreyi alın

Quru kabinə havası, bəzi insanlarda burun rahatsızlığına və hətta burundan qan sızmasına səbəb ola bilər. Uçarkən, göyərtədəki aşağı rütubət üzündən burun quruması zamanı, burun lakını yanınızda saxlayın.

Dərmanlarınızı özünüzlə götürün

Susuzluq, astma kimi tənəffüs xəstəliyi olan insanlarda nəfəs alma probleminə səbəb ola bilər. Astma dərmanı istifadə edən sərnişinlərin, səfər ərəfəsində dərmanların kifayət olub-olmadığı, artırılması və ya dəyişdirilməsi lazım olub-olmadığını həkimləri ilə məsləhətləşmələrində fayda var.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR