Slimfit
  1. TARİX

Teymurun uduzduğu yeganə döyüş - Azərbaycan şahı ilə

Teymurun uduzduğu yeganə döyüş - Azərbaycan şahı ilə
Sakura

Teymurun uduzduğu yeganə döyüş - Azərbaycan şahı ilə

1370-ci ildə Mərkəzi Asiyada Teymurilər dövlətinin əsasını qoyan Əmir Teymur sonrakı illərdə Xarəzm, Şərqi Türküstan, İran, Azərbaycan, Dehli Sultanlığı, İraq, Suriya, Qızıl Orda Dövləti və Osmanlı İmperiyasına məxsus torpaqları ələ keçirdi.

Onun yaratdığı qarşısıalınmaz ordu hətta özündən sayca çox olan qoşunları da ağır məğlubiyyətə uğratmışdı.

Tarixin ən böyük döyüşlərdən olan Ankara savaşında (1402) dövrünün bir başqa böyük imperiyası Osmanlını məğlub etməsi Əmir Teymurun qüdrətini bir qədər də artırdı.

Diri-diri basdırılan 4 min erməni

İndinin özündə də bir çox mənbələrdə Əmir Teymuru məğlub olmayan yeganə hökmdar kimi təqdim edirlər. O, hərbi zəkasına və amansız cəza üsullarına görə daim heyrət, qibtə və qorxu ilə xatırlanır.

Ona qarşı çıxan 4 min ermənini diri-diri torpağa basdırması...

İsfahanda 70 min insanı qətlə yetirərək, kəllələrindən qüllə hazırlatdırması...

Bağdadda misilsiz qırğın törətməsi...

Təslim olmayıb, ona xəyanət edənləri canlı-canlı divara hördürməsi...

Və daha nələr, nələr...

Teymurun məğlub olduğu yeganə şəxs

Yuxarıda qeyd etdiyimiz kimi, bəzi mənbələrdə Teymurun heç bir döyüşdə məğlub olmadığı yazılır, lakin bu, belə deyil...

1386-cı ildə Səmərqəndə yola düşən Teymur ilk əvvəl Luristan hakimi Məlik İzzəddini məğlub edib, özünü və ailəsini Türküstana sürgünə göndərir. Daha sonra Azərbaycana yürüş edir (1386-1388).

Bu müddətdə bir sıra uğurlu döyüşlər keçirib parlaq qələbələr qazanan Əmir Teymur Qaraqoyunluları (qeyd edək ki, bəzi tarixçilər bu dövlətin adının “Qaraqoyunlu” yox, “Baharlılar” olduğunu bildirir) real təhlükə olaraq görür. O, Qaraqoyunlu dövlətinin sultanı Qara Məhəmmədi ticarət karvanlarına basqınlar etməkdə günahlandırır. Lakin bu, təbii ki, bəhanə idi. Teymurun hücuma keçməsinin əsl səbəbi Şərqi Anadoluda müstəqil bir dövlətin qüdrətlənməsinin qarşısını almaq və Qaraqoyunlu türkmənlərini özündən asılı vəziyyətə salmaq idi.

Çapaqcur döyüşü

Teymurun Qaraqoyunlu Qara Məhəmmədə ünvanlanmış hədələrindən sonra tərəflər 1387-ci ildə Ərzurum yaxınlığında Çapaqcur adlanan ərazidə qarşı-qarşıya gəlirlər. Əmir Teymur qərargah qurduqdan sonra ordudan 3 diviziyanı ayırır və Qara Məhəmmədin üzərinə göndərir. Bu diviziyalardan birinə oğlu Miranşah başçılıq edir. Müdafiəyə çəkilən Qara Məhəmmədin üzərinə yürüyən Miranşah çoxlu qənimət əldə edir. Lakin Qara Məhəmməd tez bir zamanda geri çəkilərək, Çapaqcur çevrəsindəki keçid və boğazları tutur, Teymurun ordusunu darmadağın edir.

Teymurun bu acı məğlubiyyəti ilə bağlı erməni tarixçi M.Toma yazır:

“Teymurləng yazda böyük bir ordu ilə Qara Məhəmmədin üzərinə yürüş etdi. O isə bu xəbəri eşidən kimi oradan uzaqlaşdı. Teymur onu izləyərək Çapaqcur vilayətinə gəlir. Vəziyyət belə olduqda Qara Məhəmməd öz əsgərlərini Teymurun üzərinə göndərərək, onu məğlub etdi və ordusunun komandanı Lokmakanı öldürdü. Əsgərlərinin böyük bir qismini tələf etdi”.

Beləcə nəhəng imperiyaları, dövlətləri diz çökdürən Əmir Teymur Azərbaycan şahı Qara Məhəmməd tərəfindən məğlub edilir.

Baharlılar sülaləsinin banisi Bayram Xocanın qardaşı oğlu olan və 1380-ci ildən Qaraqoyunlulara rəhbərlik edən Qara Məhəmməd isə 1389-cu ildə digər bir Qaraqoyunlu əmiri tərəfindən qətlə yetirilir.

 

Mənbə: Axar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR