Dərc edildi: Baxış sayı: 809
"Tesla" dünyanın ən bahalı avtomobil şirkəti oldu
ABŞ-ın “Tesla” elektrik avtomobilləri şirkətinin səhmləri 6 faiz bahalaşıb.
Ens.az Trend-in məlumatına istinadən xəbər verir ki, nəticədə İlon Maska məxsus “Tesla”nın kapitallaşması Yaponiyanın “Toyota” şirkətini keçərək ən bahalı avtomobil şirkəti olub.
Hazırda “Tesla”nın kapitallaşması 185,3 milyard dollara bərabərdir. 178,7 milyard dollar kapitallaşmaya malik “Toyota” 2-ci pilləyə geriləyib.
İlk üçlüyü 85,5 milyard dollar kapitallaşma ilə Almaniyanın “Volkswagen” şirkəti tamamlayır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət