Slimfit
  1. İQTİSADİYYAT

"Tesla" Çin banklarından yarım milyard dollardan çox kredit götürüb

"Tesla" Çin banklarından yarım milyard dollardan çox kredit götürüb
Sakura

"Tesla" Çin banklarından yarım milyard dollardan çox kredit götürüb

"Tesla" ABŞ-dan kənarda ilk böyük zavodunun tikintisi üçün Çin bankları ilə 521 milyon dollarlıq kredit müqaviləsi imzalayıb.

"Moneta.az" xarici mətbuata istinadən xəbər verir ki, elektrik avtomobil şirkətinin yeni zavodunun tikintisi 2 milyard dollara başa gələcək.

Zavodun tikintisi bu ilin yanvar ayında başlayıb. "Tesla"nın CEO-su Elon Mask deyib ki, zavodun tikintisi bu ilin yayında bitməsi planlaşdırılır. Çin hökümətinin rəsmiləri isə bəyan ediblər ki, zavodunun tikintisi may ayında başa çatmalıdır.

Şanxayda tikilən yeni zavodda Çin bazarı üçün "Model 3" sedanları və yeni "Model Y" SUV avtomobilləri istehsal olunacaq. 

Yeni zavod "Tesla"nın qlobal istehsal qabiliyyətini iki dəfə artıracaq.

Qeyd edək ki, "Tesla"nın hazırda ABŞ-da iki zavodu var. Bu zavodlar Nevada və Nyu York ştatlarında yerləşirlər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR