Slimfit
  1. DÜNYA

“Tesla” 14 min avtomobili geri çağırdı - 3 min işçini çıxaracaq

“Tesla” 14 min avtomobili geri çağırdı - 3 min işçini çıxaracaq
Sakura

“Tesla” 14 min avtomobili geri çağırdı - 3 min işçini çıxaracaq

ABŞ-ın elektrikli mühərrik və avtomobil istehsalçısı “Tesla” şirkəti Çində 14 min avtomobili geri çağırıb.

Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, buna səbəb “Takata” şirkətinin “Tesla S” modeli üçün istehsal etdiyi hava yastığında yaranmış problemdir.

Qərar 2014-2016-cı illər aralığında istehsal edilmiş avtomobillərə şamil edilib.

Məlumata görə, həmin yastıqlar qəza zamanı tərkibindəki ammonium-nitrat maddəsinə görə ani şəkildə yanır. Bu isə ölüm və ağır yaralanmalara səbəb olur.

Bu problem səbəbindən “Takata” şirkəti 2017-ci ildə iflas edərək fəaliyyətini dayandırıb.

“Tesla”nın qurucusu İlon Mask şirkət işçilərinə göndərdiyi mesajda avtomobillərin hələ də bir çox alıcı üçün baha olduğu və bu səbəbdən hədəflənən satışın edilmədiyini bildirib. Mask yaxın zamanda 3 min işçinin işdən çıxarılacağını deyib.

Qeyd edək ki, “Tesla”nın 45 mindən çox işçisi var.

 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR