Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Tərtərdə pendir istehsal edən müəssisənin fəaliyyəti dayandırıldı

Tərtərdə pendir istehsal edən müəssisənin fəaliyyəti dayandırıldı
Sakura

Tərtərdə pendir istehsal edən müəssisənin fəaliyyəti dayandırıldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Tərtər rayonu, Xoruzlu kəndində vətəndaş Nəbiyev Aqil Ziyəddin oğluna məxsus pendir istehsalı müəssisəsində reyd keçiriblər.

Ens.az xəbər verir ki, AQTA-dan "Report"a verilən məlumata görə, reyd zamanı saçaqlı pendir istehsal edən sexdə sanitar-gigiyena norma və qaydalarına, xammalın saxlanma rejiminə düzgün əməl olunmadığı, istehsal prosesində texnoloji ardıcıllığa riayət edilmədiyi aşkarlanıb.

Məlum olub ki, məhsullar baytarlıq şəhadətnaməsi olmadan satışa təqdim edilir. Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR