Slimfit
  1. KOSMOS

Terroristlər kosmik “zibili” planetin hər hansı bir nöqtəsinə göndərə bilər

Terroristlər kosmik “zibili” planetin hər hansı bir nöqtəsinə göndərə bilər
Sakura

Terroristlər kosmik “zibili” planetin hər hansı bir nöqtəsinə göndərə bilər

Kosmosda 5 min  peyk aparatı uçur. Bunlardan 4 mini artıq “zibil” halındadırlar. Terroristlər bu 4 min zibil halında uçan aparatların hər hansı birini  orbitdən endirər və onu planetin hər hansı bir nöqtəsinə göndərə bilər. Bu sözlər dünyanın bir çox media qurumlarının diqqət mərkəzində olan Ukraynanın “Qlavkom” mətbuat mərkəzindəki verdiyi mətbuat konfransı zamanı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvü statusuna malik olan Beynəlxalq Antiterror Birliyinin (BAB) prezidenti Aleksandr Dichek tərəfindən səsləndirildi.

Kosmik Klubun  61 il mövcudluğu zamanı kosmosa 5000-dən çox kosmik aparat buraxılıbdır. Onların 4 mini artıq özünün funksional məqsədini dayandırdı. Onlar işləmir, amma uçurlar. Təəssüflər olsun ki, bu aparatların 48-i nüvə və ionlaşdırıcı enerji təchizatının daşıyıcısıdır. ( Bunların 36-sı SSRİ ,12-si isə ABŞ tərəfindən buraxılıb) Son dərəcə təhlükəli olan bu kosmos vasitələri terroristlərin maraqları üçün istifadə edilə bilər. Hal-hazırda peyk kimi fəaliyyət göstərən 1000 kosmik aparat mövcuddur.  Ukrayna Kosmik Klubun üzvüdür, ona görə də, onun qlobal tərəfdaşları ilə yanaşı, bu kosmos vasitələrinin bir-birinə yaxınlaşmasına imkan verməyən davranış standartlarını inkişaf etdirməyi çox vacibdir. Bu ilin yazında Rusiyanın kosmik gəmisi  Fransanın kosmik gəmisinə yaxınlaşdığını xatırlatmaq istərdim. Bu cür hərəkətlər cihazın traektoriyadan çıxmasına səbəb ola bilər. Nəhayət, bu obyekt atmosferin sıx qatından keçərək Yerin müəyyən bir nöqtəsinə düşə bilər.

Yəni kosmosda  bu gün iki təhlükə mənbəyi var. Birinci təhlükə insan tərəfindən yarandı, digər tərəfin kosmik gəmisinə təsir vasitəsi ilə potensial terroristlər  kosmik aparatı orbitdən çıxardaraq  dünyanın hər hansı bir nöqtəsinə göndərə bilərlər. Bu təhlükə nəticəsində  qurbanların sayısının  böyük olması ilə bərabər  qitənin itməsilə də nəticələnə bilər.                                                          İkinci təhlükə Yerin təhlükəsizliyinə təsir edir ki, burada heç bir insan faktoru yoxdur. Söhbət  Asteroidlərdən gedir , hansı ki, 2029-2036-cı illərdə planetə 770 kilometr məsafədə  yaxınlaşacaq. Buna görə də elm adamları qarşısında çox mühim bir problemin həlli dayanır ki, buda  asteroidin “təhlükəsiz bir traektoriyaya” yönləndirilməsidir.

Bundan əlavə, on minlərlə ton yük, yəni “zibil”, planet ətrafında uçur. Onu necə məhv etməyi  öyrənmək lazımdır. Bu, çox çətin bir işdir. Misal    olaraq  Çinin önümüzdəki illərdə öz kosmik sənayesi üçün iki əsas vəzifəni təyin etdiyini söyləmək olar, bunlar “Ayın kəşvi və zibilin məhvi”-dir.

Kosmik Ölkələr Klubu bu gün genişlənir. Avstraliya yaxınlarda yeni bir üzv halına gəldi. Kosmos “zibil”-indən istifadə mövzusu ölkələr üçün maraqlıdır. Hətta Kosmik Kluba üzv olmayan Belarus,  kosmik “zibil”-in istifadəsi  haqqında araşdırma aparır. Çünki İstifadənin iqtisadi əsasları var. Hər bir kosmik aparatında  20 kq yaxın  qızıl var və bunların sayı nə az nə çox 4 min kosmik aparatıdır. Bu amilləri nəzərə alsaq görərik ki, “planetimiz ətrafında 800 ton qiymətli metal uçur”-deyə A.Diçek qeyd etmişdir.

Azərbaycan da kosmik ölkələr klubunun üzvü olduğunu nəzərə alsaq , bu sahədə araşdırma aparılmasının lazımlı olduğunu deyə bilərik..

 

Mənbə: Nuhcixan.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR