Slimfit
  1. SİYASƏT

“Tərəfsiz vasitəçi” maskasını çıxarmış Fransadan nə desən gözləmək olar”

“Tərəfsiz vasitəçi” maskasını çıxarmış Fransadan nə desən gözləmək olar”
Sakura

“Tərəfsiz vasitəçi” maskasını çıxarmış Fransadan nə desən gözləmək olar”

Milli Məclisin deputatı Elnur Allahverdiyev Fransa və Ermənistan mədəniyyət nazirlərinin Azərbaycan ərazisindəki tarixi abidələri müzakirə etməsinə sərt münasibət bildirib.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, deputat sosial şəbəkə hesablarında etdiyi paylaşımda yazıb:

“Ermənistanda səfərdə olan Fransanın mədəniyyət naziri Rima Abdul-Malak yerli həmkarı Janna Andreasyanla Azərbaycan ərazisindəki “erməni mədəni irsinin aqibətini” müzakirə ediblər. Abdul-Malak bildirib ki, ölkəsi peyk çəkilişləri vasitəsilə Qarabağda olan “erməni tarixi-mədəni irsi”nin şəkillərini çəkib və baza yaradıb ki, gələcəkdə bu obyektlərdə edilə biləcək “dəyişikliklər”dən daha məlumatlı olsun. Bunun “ən vacib məsələ” olduğunu deyən Abdul-Malak məsələni diqqətdə saxlayacağına söz verib.

“Tərəfsiz vasitəçi” maskasını çıxarmış Fransadan nə desən gözləməyə dəyər. Bu iki xanımın oturub hansı haqqla başqa dövlətin ərazisindəki irsi müzakirə etdikləri bəllidir. Bu heç. 30 illik erməni işğalı və barbarlığı nəticəsində Qarabağda və Şərqi Zəngəzurda 67 məsciddən 65-i dağıdılıb və təhqir olunub. Amma Fransa nəinki onların peykdən şəkillərini çəkib, heç adi təəssüfünü də bildirməyib. Bu da heç. Görəsən bu 30 ildə Qarabağda yiyəsiz, təmirsiz, tərk edilmiş, elə həmin ermənilər tərəfindən natəmiz hala salınmış onlarla xristian (alban) məbədləri niyə Fransanın “diqqətindən qaçıb”? Niyə gəlib onları bərpa etməyiblər? Niyə ən azı “narahat” olmayıblar?”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR