Slimfit
  1. MARAQLI

Telefonumuzun batareyasını tam boşaltmağa dəyərmi

Telefonumuzun batareyasını tam boşaltmağa dəyərmi
Sakura

0% -ə qədər boşaldılması batareyanın ömrünü uzadırmı

Telefonun tam boşaldılması yalnız batareyanın kalibrlənməsi üçün aktualdır, bu isə batareya artıq problem yaşamağa başladıqda olur. Belə halda isə yaxşısı odur, onu  mütəxəssisə göstərəsən. Ens.az bildirir ki, bunu rusiyalı ekspert, Roskaçestva Rəqəmsal Ekspertiza Mərkəzinin rəhbəri Anton Kukanov deyib.

 "Telefonun enerjisinin  0% -ə qədər boşaldılması ilə batareyanın ömrünün əhəmiyyətli dərəcədə artacağı və ya elektrik kabeli ilə  kompyuterə qoşulu halda işlətməyinizin batareyanın ömrünü qısaldacağı barədə  məlumatlar həqiqətə heç bir aidiyyəti olmayan mifdir" deyə ekspert izah edib.

 Sadəcə məsələ bundan ibarətdir ki, müasir istehlakçı texnologiya cihazlarının çoxunda litium-ion və ya litium-polimer batareyalar istifadə olunur.  Tam boşaltma və doldurma dövrü tələb etmir, bu yalnız köhnə tip batareyalar üçün aktual idi.

 Kukanov telefonun müstəqil olaraq öz  sahibini aşağı enerji səviyyəsi (təxminən 10-15%) barədə xəbərdar etdiyi anda batareyanın doldurulmasını məsləhət görür.  Bundan başqa, yalnız orijinal cihazlardan istifadə etməlisiniz və qadjeti ucuz və keyfiyyətsiz Çin cihazları ilə doldurmamalısınız. Həmçinin, batareyanı günəşdə və ya çox yüksək yaxud da çox aşağı temperaturda olan yerlərdə qoymaq tövsiyə edilmir.

 "Bəzi tətbiqlərin telefonunuzun enerjisini sürətlə azaltdığını hesab edirsinizsə, o zaman bunu parametrlərdəki telefonun enerji istehlakı statistikasına  daxil olaraq yoxlaya bilərsiniz. Batareyanı doldurarkən enerji tələb edən proseslərə başlamayın" deyə ekspert əlavə edib.

Mənbə: news.rambler.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR