Slimfit
  1. MARAQLI

Tələbələrin nəzərinə! -"Google"şirkətində çalışmaq üçün bu suallara cavab verməlisiniz

Tələbələrin nəzərinə! -"Google"şirkətində çalışmaq üçün bu suallara cavab verməlisiniz
Sakura

“Google şirkəti gənclərin, xüsusilə də tələbələrin ən çox çalışmaq istədikləri iş platformalarından…

“Google şirkəti gənclərin, xüsusilə də tələbələrin ən çox çalışmaq istədikləri iş platformalarından biridir. Amma bu şirkətdə çalışmaq üçün tələb olunan şərtlər o qədər də sadə deyil. Sözügedən şirkətdə işlə təmin olunmaq üçün namizədə bir-birindən fərqli qeyri-adi suallar təqdim olunur.

AzEdu.az “Google”şirkətinə iş üçün müraciət edən şəxslərə müsahibə mərhələsində verilən suallardan bir neçəsini diqqətə çatdırır:

"Bir avtobusa neçə qolf topu sığar?"

"Saatın əqrəb və yelqovanı gündə neçə dəfə üst-üstə düşür?"

"A nöqtəsindən B nöqtəsinə çatmalısınız. Amma bunu bacaracağınız sadəcə ehtimaldır. Çıxış yolu kimi nə edərdiniz?"

"Bir kənddə 100 evli cütlükdən birində kişi qadına xəyanət edir. Hər qadın öz həyat yoldaşının xaricində hansı kişinin xəyanət etdiyini bilir. Kənddə zina qadağandır. Qadına həyat yoldaşının xəyanətini sübuta yetirdiyi halda onu öldürmək ixtiyarı verilir. Lakin bu qanuna görə heç bir qadın səsini çıxarmır. Bir gün kraliça kəndi ziyarət edir və bir kişinin xəyanət etdiyini söyləyir. Kənddə nə baş verər?"

"Yalnız oğlan uşaqlarının yaşaması istənilən kənddə ana, uşaq oğlan olana qədər övlad dünyaya gətirməyə davam edir. Əgər doğulan körpə oğlan olarsa, qadının növbəti övladı ola bilməz. Belə olan halda oğlanlar bu kəndin neçə faizini təşkil edir?"

"Cizgi qəhrəmanlardan hansı olmaq istərdiniz? Və bunun səbəbi nədir?"

"Sizi işlə təmin etsəm, ilk iş günü atacağınız ilk 3 addım nə olardı?"

"Xoşbəxtliyinizi 1 və 10 arasında dəyərləndirin.  Onu hansı rəqəmdə tapdınız?"

"Böyük və məşhur qəzetdə hansı xəbəri manşetə verərdiniz?"

"Əgər avtomobil markası olsaydınız, hansını seçərdiniz?"

"Lotoreyada 10 milyard dollar qazandınız. Bu pulla nə edərdiniz?"

"Sizə 6 aylıq ömrünüz qaldığını desələr, 6 ayda edəcəyiniz işləri sıralayın.."

"Əgər dünyada bir nəfərlə 1 həftəlik yer dəyişdirmək haqqınız olsaydı, bu kim olardı?"

"Tarixi şəxsiyyətlə şam yeməyi yemək imkanınız olsaydı, yemək üçün hansı tarixi fiquru seçərdiniz?"

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR