Slimfit
  1. MARAQLI

Tələbələrə Məsləhətlər

Tələbələrə Məsləhətlər
Sakura

Tələbələrə Məsləhətlər

Tələbəlik vaxtı ən yadda qalan vaxtlardan biridir, lakin bu dövriyyə ərzində tələbələr öz seçimlərinə güvənərək əlavə addım atmalıdırlar. İş axtarışı hər bir tələbənin qarşısına çıxır. O zaman, tələbələr nə edəyəcini düşünür və təcrübə olmadığına görə işi tapmaqda qorxu hissi keçirdirlər.

SUAL № 1. TƏLƏBƏLİK VAXTINDA İŞLƏMƏK LAZIMDIRMI?

Əyani şöbəsində oxuyan tələbələrə dərs zamanı işləmək mümkün olmur, lakin qiyabi şöbəsində oxuyan tələbələrə dərs və imtahan müddəti istisna olmaqla, qalan aylarda işləmək imkanı mövcüddur və buna əsaslanaraq bəzi qiyabi təhsil alan tələbələr asudə vaxtlarını dəyərləndirərək təcrübə əldə edə bilərlər.

Tələbələrə məsləhətimiz bu ola bilər ki, öz boş vaxtlarında təcrübə qazansınlar. Bunun müsbət cəhəti ondan ibarətdir ki, tələbəlik vaxtında qazandığı təcrübə ilə gələcəkdə yaxşı bir kadr olmasını və karyera inkişafını təmin edə bilər.


SUAL № 2. TƏCRÜBƏSİZ İŞƏ GÖTÜRMƏSƏLƏR, TƏCRÜBƏNİ NECƏ QAZANA BİLƏRƏM?

Bu sual ən tez verilən suallardan biridir. Vakansiyaların təsvirini oxuyanda namizədlər tez-tez “təcrübəli işçi axtarılır” sözləri ilə rastlaşırlar. Təcrübəsiz tələbər isə bu “qaydaları” başa düşməlidirlər:

  • Təcrübəsiz olan işçinin əmək haqqı ən minimal məbləğində hesablana bilər;
  • Təcrübəsiz namizədlər üçün hər bir iş təklifi onların gələcək karyera inkişafı üçün çox vacibdir;
  • Təcrübəsiz namizədləri yüksək pilləli vəzifələrə qəbul etmək mümkün deyil.

Tələbələrin təcrübəsi olmadığı halda, aşağıda göstərilən addımları karyera qarşısına ata bilərsiz:

  1. Fərqli təlimlərdə və seminarlarda iştirak etmək;
  2. Hər hansı müəssələrdə və ya şirkətlərdə könüllü şəkildə işləmək ;
  3. Hər hansı psixometrik testlərdən istifadə edib gələcək kompetensiyaları potensalını bilməyi məsləhət görərdik.

SUAL № 3. CV-DƏ (TƏRCÜMEYİ-HAL) HANSI MƏLUMAT QEYD OLUNMALIDIR?

İnternet səhifələrində bir çox tərcümeyi-hal formaları yerləşdirilib. Lakin onların hazır formaları işə götürən şirkətlər üçün cəlb edici deyil. İşə götürən şirkət üçün aşağıda qeyd olunmuş məlumatlar lazımdır:

  • Sizin dəqiq işləyən əlaqə vasitələri (email, telefon və s). Elektron ünvanızı qeyd edərkən ünvanın özündə sizin adınızı və soyadınızı qeyd etməyinizi məsləhət görərdik. Məsəl üçün: Mammadov.Ali@gmail.com;
  • Əgər iş təcrübəniz olmazsa, könüllü olaraq işlədiyiniz müəssisələri, iştirak etdiyiniz təlimləri, seminarları qeyd edə bilərsiniz. Əgər bu təlimlərdən heç biri sizdə yoxdursa, o zaman məktəb və universitetdə əldə etdiyiniz uğurlardan bəhs edə bilərsiniz (olimpiyadalarda iştirak, tələbələr üçün tədbirlərin təşkili);
  • Dil və kompyuter biliklərinizi olduğu kimi qeyd etməyinizi məsləhət görərdik.

Uğurlu namizəd tərcümeyi-halını göndərəndə özünü təqdim edir. Əgər namizəd hazır formalardan (şablonlardan) istifadə edərsə, onları dolduranda çox diqqətli olmalıdır:

  • Hazır formalarda boş yer saxlamaq məsləhət görməzdik. Əgər verilən suala cavab verə bilmirsizsə, o zaman sualı silməyi məsləhət görərdik;
  • Cədvəllərdən çoxlu saylarda istifadə edəndə tərcümeyi-halınızı oxuyan mütəxəssisə əziyyət verirsiniz.

CV sizin işə münasibətinizi, yazılı redaktor ilə işləmək qabiliyyəti, məlumatı düzgün şəkildə təqdim etmək bacarığını göstərir.


 SUAL № 4. İŞİ HANSI ÜSUL İLƏ AXTARMAQ OLAR?

Hal-hazırda Azərbaycan Respublikasında rəsmi qaydada qeydiyyatdan keçmiş hər bir şirkətin saytı var. Saytlarda iş axtaranlar üçün xüsusi bölmələrdə əlaqə email ünvanı yaxud əlaqə telefon nömrələri qeyd olunub. Bu əlaqə vasitələri ilə şirkətlə əlaqə qurub tərcümeyi-halınızı göndərə bilərsiniz.

Hətta, internetdə iş vakansiyaları yerləşdirən xüsusi saytlar da var. Onların vasitəsi ilə fərqli şirkətlərdə vakansiyaların siyahlarını və onların təsviri qeyd olunur.

İş bazarında, hətta namizədlərə iş tapmaqda kömək edən şirkətlər də var.

Məlumatınız üçün aşağıda göstərilən internet səhifələrində iş vakasiyaları elan olunub:

  • Hrcbaku.com – bizim saytımızda tez-tez yeni iş vakansiyaların elanları yerləşdirilir
  • Edu-active.com – bu internet saytında tələbələrə maraqlı ola bilən iş, könüllülük, xaricdə təhsil və s kimi elanlar yerləşdirilib.
  • Rabota.az
  • Boss.az
  • Jobs.day.az
  • Azerjobs.com
  • Gojob.az
  • Ejob.az və s.

SUAL № 5. MÜSAHİBƏDƏ DAVRANIŞ QAYDALARI NECƏ OLMALIDIR?

CV-nizi göndərdikdən sonra uğurlu namizədləri müsahibəyə dəvət edirlər. Müsahibə zamanı işə götürən tərəf namizədlər haqqında daha ətraflı məlumat əldə etmək istəyir. Bu məlumatı əldə etmək üçün müsahibə üzrə mütəxəssis sizin cv-nizə əsaslanaraq fəqli sualları verə bilir. Müsahibə zamanı aşağıda göstərilən qaydayalara riayət etməyinizi məsləhət görərdik:

  • Özünüz haqqında ətraflı məlumat verin;
  • Yalan danışmağınız peşəkara tez bir zamanda aydın olur;
  • Özünüzü olduğunuz kimi aparın;
  • Sualı başa düşmədiyiniz halda sualı təkrar etmələri üçün xahiş etməkdən çəkinməyin;
  • Özünüzü rahat hiss edin, lakin biznes etik-davranış qaydalarına riayət etməyi unutmayın (düzgün oturmaq qaydalarına və etik-davranış qaydalarına əsasən qarşı tərəfin sözünü kəsməməyiniz məsləhət görülür);
  • Sizin geyiminiz səliqəli olmalıdır və bizness dress code adlı anlayışa diqqət yetirməyiniz məsləhət görülür;
  • Müsahibəyə gələndə və ya gəlməmişdən öncə getdiyiniz şirkət haqqında ümumi məlumat toplayın.

Beləliklə, işə düzəlmək istəyən tələbələr öz inkişafına vaxt ayırmalıdırlar və təcrübəni almaq üçün heç bir işdən çəkinməməlidirlər.

Mənbə: Moneta.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR