Slimfit
  1. AVTO VƏ MOTO

Təkərlər üzərində: avtomobil necə meydana gəldi

Təkərlər üzərində: avtomobil necə meydana gəldi
Sakura

Avtomobil bəşəriyyətin ən vacib ixtiralarından biridir və nəqliyyatın yaranma tarixi maraqlı və əyləncəli…

Əslində təkcə minik avtomobilinin tarixinə yalnız ayrıca bir kitab deyil, bütöv bir əsər toplusu həsr etmək olar. Əzələ və ya qoşqu gücündən istifadə etmədən insanları və malları daşıya bilən ilk nəqliyyatın əsası 18-ci əsrin sonlarında qoyulmuşdu, lakin ümumi anlamda avtomobil XIX yüzilliyin sonlarında meydana çıxdı. Bu yazımızda dünya avtomobil sənayesi tarixində görkəmli rol oynamış seriyalı minik avtomobilləri haqqında danışacağıq.

Bu sahədə ən böyük rolu heç şübhəsiz Benz Patent-Motorwagen oynayıb. Bu, dünyada daxili yanma mühərriki olan ilk avtomobildir. Alman mühəndis Karl Benz öz velosipedini 1885-ci ildə qayırmışdı, amma bu ixtirasına patenti rəsmi olaraq 1886-cı il yanvarın 29-da aldı - məhz bu vaxtdan etibarən də bizim başa düşdüyümüz mənada avtomobillərin tarixi başlayır.

XX əsrin əvvəllərində iki model ortaya çıxdı - Cord L-29Citroen Traction Avant - ilk qabaq ötürücülü avtomobillər oldu. Amerikanın Cord modeli 1929-cu ildə meydana çıxdı, fransız Citroen isə 1934-cü ildə debüt etdi, ancaq məhz Traction Avant qabaq ötürücülü ilk kütləvi maşın oldu . Buna qədər cürbəcür təcrübələr aparılırdı, ön ötürücülü yarış avtomobilləri yaradılmışdı, ancaq onların heç birinə kütləvi istehsala- konveyerə çıxmaq müyəssər olmamışdı.

Bir müddət sonra, 1936-cı ildə, Mercedes-Benz 260 D işıq üzü gördü. Bununla ən ilk kütləvi avtomobil kimi, əvvəllər yalnız yük maşınlarında quraşdırılmış dizel mühərriki ilə dünyanın ilk minik avtomobilini almanlar buraxmış oldular.

Maraqlıdır ki, Mercedes-Benz modeli ilə birlikdə Hanomag Rekord Dizel Typ D 19 A dizellə işləyən minik avtomobili də nümayış etdirilmişdi, ancaq konveyerdə ilk dəfə ortaya çıxan 260 D idi .. 1932-ci ildən etibarən dizel mühərrikli Citroen Rosalie istehsal edilsə də, ancaq yalnız yük modifikasiyasına qoyuldu. Ona görə də həmin modeli dizel mühərrikli minik maşınlarının pioneri kimi adlandırmaq mümkün deyil.

Dünya avtomobil sənayesindəki növbəti mərhələ 1966-cı ildən istehsal olunan Jensen FF ilə başlanır. Bu ingilis modeli dünyanın bütün təkərləri çəkən ilk sərnişin avtomobili ünvanını aldı. Bundan əvvəl, bütün təkərləri çəkən maşınlar müstəsna olaraq yalnız çox çətin keçilən ərazilər üçün özəl olaraq buraxılırdı, lakin Jensen Motors-da stereotipləri sındırmaq qərarına gəldilər və tam ötürücülü bir avtomobil hazırladılar.

1996-cı ildə isə dünyada elektriklə çalışan ilk avtomobil - General Motors EV1 istehsal olundu. Elektrik mühərrikinin köməyi ilə hərəkət edən avtomobillər tezliklə çoxalsa da, elektrik mühərrikli nisbətən kütləvi model məhz bu Amerika maşını oldu. Tesla Model S və Nissan Leaf tam olaraq kütləvi - elektrikli "xalq" maşınına çevrilsələr də, onlar adı çəkilən modeldən xeyli sonra ortaya çıxmışdılar.

Bu sahədə digər bir əlamətdar hadisə kimi 1997-ci ildə Toyota Priusun debütünü qeyd etmək lazımdır. Model görünüş baxımından elə də yaraşıqlı olmasa da, hibrid güc qurğusuna sahib ilk seriya avtomobili idi. Benzin-elektrik mühərrik qurğusuna sahib bu sedan hazırda dəbdə olan müasir texnologiyaların müjdəçisinə çevrildi və indi demək olar ki, bütün böyük markaların tərkibində hibrid bir model var.

2013-cü ildə Hyundai ix35 FCEV krossoverini təqdim edən Hyundai konserni fərqləndi. Bu avtomobil tarixdə ilk kütləvi hidrogen avtomobili oldu - model silindrlərdə saxlanılan hidrogendən elektrik enerjisi əmələ gətirən yanacaq hüceyrələri ilə təchiz edilmiş elektrik mühərriki ilə təchiz olunmuşdu. Texnologiya hələ nisbətən geniş yayılmamışdır, lakin bir neçə marka artıq açıq satış üçün hidrogen avtomobilləri istehsal edir.

Hazırki dövrdə avtomobil istehsalçıları əsasən hibrid və elektrikli avtomobillərə daha çox yer verirlər, hərçənd ki, benzin və dizel yanacağından istifadə edilən adi daxili yanma mühərrikləri uzun müddət səhnəni tərk etməyəcəkdir. Ancaq gələcək illərdə müasir texnologiyanın irəliyə doğru yeni bir addım atması və dünya avtomobil sənayesi tarixində yeni bir səhifənin açılmasınını təmin etməsi mümkündür.

Mənbə: www.popmech.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR