Slimfit
  1. CƏMİYYƏT

Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib
Sakura

Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

Şuranın məsul katibi İlqar Orucov iclasın hazırda məzmun ekspertiziyası ərəfəsində olan təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi mövzusunda təşkil edildiyini diqqətə çatdırıb.

Ens.az xəbər verir ki, Nazirlikdən Trend-ə verilən məlumata görə, iclasda Təhsil nazirinin müşaviri Elnur Məmmədov, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov, Layihələrlə iş sektorunun müdiri Xamis Seyranov da iştirak edib. Bildirilib ki, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq keçirilir və müsabiqəyə dair əsas tələblər həmin qərarla müəyyən edilir. Müsabiqənin keçirilməsində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabət və innovativ fəaliyyəti, inkişafı stimullaşdırmaq, təhsilalanlar üçün daha əlverişli təhsil mühitinin yaradılmasına nail olmaqdan ibarətdir.

Qeyd edilib ki, təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinə layihələrin qəbulu artıq başa çatıb, müsabiqəyə 9 prioritet istiqamət üzrə layihə qəbulu grants.edu.az portalı vasitəsilə elektron şəkildə aparılıb. Müsabiqəyə ümumi təhsil müəssisələri və fərdi kateqoriyalar üzrə ümumilikdə 852 (ümumi təhsil müəssisələri kateqoriyası üzrə 204, fərdi kateqoriyalar üzrə isə 648) layihə təqdim edilib.

Mövzu ilə bağlı İctimai Şuranın sədri Şahlar Əsgərov, sədr müavini Nadir İsrafilov, şura üzvlərindən Etibar Əliyev, Asif Cahangirov, Ülviyyə Mikayılova, Elmina Kazımzadə rəy və təkliflərini bildiriblər. Müsabiqənin prioritet istiqamətlərini formalaşdırılan ümumi təhsilin hər səviyyəsi üzrə mövzuların nəzərdə tutulması, innovativ istiqamətlərə daha çox yer ayrılması, müsabiqə qalibləri və onların layihələrinin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, qazanılmış müsbət təcrübələrin digər ümumi təhsil müəssisələrində tətbiqi və digər tövsiyələr verilib. Eyni zamanda növbəti qrant müsabiqəsinin prioritet istiqamətlərinin müzakirəsinə Şura üzvlərinin də cəlb edilməsi təklif edilib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR