Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Təhsil Nazirliyi ödənişli universitetlərə qəbul olan tələbələrlə bağlı rektorlara tapşırıq verib

Təhsil Nazirliyi ödənişli universitetlərə qəbul olan tələbələrlə bağlı rektorlara tapşırıq verib
Sakura

Təhsil Nazirliyi ödənişli universitetlərə qəbul olan tələbələrlə bağlı rektorlara tapşırıq verib

Təhsil Nazirliyi ödənişli əsaslarla təhsil almaq hüququ qazanan tələbələrlə bağlı universitet rəhbərlərinə tapşırıq verib.

Nazirlikdən "Report"a verilən məlumata görə, Təhsil Nazirliyinin kollegiyasının qərarına əsasən, ali təhsil müəssisələrinin rəhbərlərinə ödənişli təhsil alan tələbələrin təhsil haqlarını təhsil aldığı müddətdə yarımilliklər üzrə ödənilməsinə şərait yaratmaları üçün tapşırıq verilib. 

Məlumat üçün bildirək ki, ali təhsil müəssisələrinin builki müsabiqəsində 58 258 nəfər iştirak edib. Onlardan 42 062 nəfəri (o cümlədən 3 542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17 820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24 242 (o cümlədən 2 956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR