Slimfit
  1. SİYASƏT

Qırğızıstan yaxın aylarda ilk İkiillik Şəffaflıq Hesabatını təqdim edəcək - Edil Baysalov

Qırğızıstan yaxın aylarda ilk İkiillik Şəffaflıq Hesabatını təqdim edəcək - Edil Baysalov
Sakura

Qırğızıstan yaxın aylarda ilk İkiillik Şəffaflıq Hesabatını təqdim edəcək - Edil Baysalov

Qırğızıstan yaxın aylarda beynəlxalq standartlara və kollektiv məqsədlərə uyğun ilk İkiillik Şəffaflıq Hesabatını təqdim edəcək.

Ens.az Trend -ə istinadən xəbər verir ki,bu barədə Qırğızıstanın baş nazirinin müavini Edil Baysalov "Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası"nda bildirib.

Onun sözlərinə görə, Qırğızıstan 1990-cı ildən bəri istixana qazı emissiyalarını 40 faiz azaltmasına və qlobal emissiyalarda cəmi 0,03 faiz paya sahib olmasına baxmayaraq, iqlim şəffaflığı və tədbirləri sahəsində fəal işləməyə davam edir.

"Dağlıq bir ölkə olaraq, Qırğızıstan iqlim dəyişikliyi səbəbindən bu il baş verən dağıdıcı fəlakətlər də daxil olmaqla, unikal çətinliklərlə üzləşir. Dağlıq ölkələrin səslərinin gücləndirilməsi və yardımların təşviqi məqsədilə Dağ İqlimi Təşəbbüsü başladılıb. Bu təşəbbüs uyğunlaşma və dayanıqlıq sahəsində qlobal əməkdaşlığa töhfə verir", - deyə o vurğulayıb.

E.Baysalov qeyd edib ki, ölkə həssas dövlətlər üçün iqlim maliyyələşdirilməsinin artırılmasının təxirəsalınmaz zəruriliyini vurğulayır və ədalətli həllərin, o cümlədən, tarixi öhdəliklərin nəzərə alınmasını tələb edir.

"Şəffaflıq və həmrəylik vasitəsilə biz çətinlikləri imkanlara çevirə və dayanıqlı gələcəyi təmin edə bilərik", - deyə baş nazirin müavini əlavə edib.

 Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR