Təhsil nazirindən müəllimlərin imtahanları ilə bağlı açıqlama
“Bu il orta məktəblərdə ötən ildəkindən daha çox sayda vakant müəllim yerinin elan olunacağı gözlənilir”. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Təhsil Naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu il 56 mindən çox namizəd elektron ərizə ilə qeydiyyatdan keçib:
“Bu, rekord göstəricidir. Müəllimlərin işə qəbulu üzrə imtahanların birinci mərhələsinin iyulun 24-nə kimi yekunlaşdırılması planlaşdırılır. Bu mərhələdə orta hesabla hər gün 3200 namizəd test imtahanında iştirak edir.
Bütün ixtisaslarla bağlı namizədlərin sayı kifayət qədər çoxdur. İmtahanlarla paralel olaraq bütün ölkə məktəblərində vakant müəllim yerlərinin sayı müəyyənləşdirilir.
Yaxın vaxtlarda bütün vakant yerlər yerləşdiriləcək. Biz düşünürük ki, bu il vakant yerlərin sayı ötən illərə nisbətən daha çox olacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət