Slimfit
  1. CƏMİYYƏT

Təhsil naziri yeni tələbələri təbrik etdi

Təhsil naziri yeni tələbələri təbrik etdi
Sakura

Təhsil naziri yeni tələbələri təbrik etdi

Təhsil naziri Emin Əmrullayev tələbə adını qazananları təbrik edib.

Təbrik mətni nazirin “Facebook” hesabında paylaşılıb:

“Əziz tələbə adını qazanan məzunlarımız,

Sizi bu münasibətlə ürəkdən təbrik edir, hər birinizə tələbəlik həyatında uğurlar arzulayıram.

Məlum olduğu kimi, bu tədris ili üzrə 42 731 nəfər tələbə adını qazanıb. Onlardan 20 799 nəfər dövlət sifarişi (49 faizə yaxın), 21 932 nəfər ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

İki nəfər isə maksimum nəticə göstərib. Qəbul olunan tələbələr arasında müsabiqədənkənar tələbə adını qazananların olması bizi çox sevindirir.

Belə ki, onlardan iki nəfər beynəlxalq, 28 nəfər respublika fənn olimpiadası, 74 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi,  10 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alanlardır.

Bir daha hər birinizin sevincini bölüşür, sizə daha böyük nailiyyətlər arzulayıram!”

 

Mənbə: Oxu.az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR