Slimfit
  1. CƏMİYYƏT

Təhsil naziri: İbtidai sinif şagirdləri üçün həftəlik dərs yükü çoxdur

Təhsil naziri: İbtidai sinif şagirdləri üçün həftəlik dərs yükü çoxdur
Sakura

Təhsil naziri: İbtidai sinif şagirdləri üçün həftəlik dərs yükü çoxdur

 

Məktəbdə dərsliklərin istifadəsi dörd il üçün nəzərdə tutulur.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, ibtidai sinif şagirdləri üçün ehtiyat dərslik formatında bir sıra yeni dərsliklər hazırlanaraq məktəblərə paylanılıb:

“Bu dərsliklər 150 məktəbdə sınaqdan keçirilir. Onlar özünü doğruldacağı təqdirdə daha geniş şəkildə tətbiq ediləcək”. 

C.Bayramov bildirib ki, şagird sayının dəyişməsi ilə bağlı əlavə nəşrlər də çap edilir: 

“Amma hazırda dərsliklər üçün fərqli istifadə müddətinin tətbiqi üzərində iş aparılır. Biz bunu çox yaxın zamanlarda aidiyyəti dövlət qurumları ilə razılaşdıracağıq. Hesab edirik ki, bəzi dərsliklərin, xüsusilə ibtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur.

Amma elə dərsliklər var ki, onlar daha az istifadə olunur. Sinif səviyyəsi və dərs yükü nəzərə alınmaqla müxtəlif müddət üçün istifadə müddəti olan dərsliklərin çapı barədə düşünürük. Hesab edirəm ki, bu, dərsliklərin daha yaxşı qalmasına xidmət edəcək”.

İlhamə Əbülfət

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR