Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Təhsil naziri: "Biz ən uyğun və riskli olmayan təhsil barədə düşünməliyik"

Təhsil naziri: "Biz ən uyğun və riskli olmayan təhsil barədə düşünməliyik"
Sakura

Təhsil naziri: "Biz ən uyğun və riskli olmayan təhsil barədə düşünməliyik"

“Növbəti tədris ilinin 6 saylı məktəbin binasında müzakirə etməyimizin də simvolik əhəmiyyəti var”.

Ens.az Apa.Az-a istinadən xəbər verir ki,bunu bu gün COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

 E. Əmrullayev deyib ki, tədrisin təşkili ilə bağlı nazirliyin təklif və planlarını təqldim etmək istəyir: “Martın 3-də ilk yoluxma halı qeydə alınandan sonra təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb, tədris onlayn qaydada davam etdirilib. Növbəti tədris ili başlamamışdan əvvəl hamını maraqlandıran sual tədrisin necə olacağıdır”.

 Təhsil naziri qeyd edib ki, təhsil ekspertləri ilə müzakirələr aparılıb, digər ölkələrin təcrübələri öyrənilib: “Hazırda dünyada 134 ölkədə təhsillə bağlı qərarlar verilib. 63 ölkədə məktəblər açılılb, 55 ölkədə məktəblərin açılması tarixi elan edilib, 39 ölkədə hələ qərar yoxdur”.

 E. Əmrullayev nəzərə çatdırıb ki, pandemiya dövründə təhsillə bağlı ictimaiyyət ənənəvi və distant təhsilin hansının yaxşı olması barədə düşünür : “Ancaq biz ən uyğun və riskli olmayanlar barədə düşünməliyik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR