Slimfit
  1. CƏMİYYƏT

Təhsil naziri dərs ilinin başlama vaxtından DANIŞDI

Təhsil naziri dərs ilinin başlama vaxtından DANIŞDI
Sakura

Təhsil naziri dərs ilinin başlama vaxtından DANIŞDI

"Biz pandemiya dövründə tədrisin təşkili ilə bağlı müzakirələr zamanı asan və rahat olan yox, ən az riskli model haqda düşünməliyik". 

Ens.az Modern.az-a istinadən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, növbəti tədris ili ilə bağlı planlar haqda tədbirin məktəb binasında keçirilməsi simvolikdir:

"Dünyada 134 ölkədə təhsillə bağlı qərar verilib, 63 ölkə məktəbləri açıb, 55 ölkə məktəbin açılacağı tarixi elan edib. Biz pandemiya dövründə tədrisin təşkili ilə bağlı müzakirələr zamanı asan və rahat olan yox, ən az riskli model haqda düşünməliyik.   

Ümumi məntiq belədir ki, Azərbaycanda növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyəti bərpa edilməlidir". 

 

 

Nazir tədris ilinin başlama vaxtı barədə də danışıb. Emin Əmrullayev bildirib ki, Azərbaycanda tədris ili sentyabrın 15-də başlayır: “Sentyabrın 15-də tədris müəssisələrində tədris bərpa ediləcək, ancaq xüsusi şərtlər daxilində”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR