Slimfit
  1. CƏMİYYƏT

Təhsil müəssisələrində qidalanmanın təşkili ilə bağlı yoxlamaların nəticəsi açıqlanıb

Təhsil müəssisələrində qidalanmanın təşkili ilə bağlı yoxlamaların nəticəsi açıqlanıb
Sakura

Təhsil müəssisələrində qidalanmanın təşkili ilə bağlı yoxlamaların nəticəsi açıqlanıb

Qidalanmanın təşkili səviyyəsinin yoxlanılması məqsədilə bu ilin 6 ayı ərzində 174 ümumi təhsil müəssisəsində yoxlama aparılıb.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” qanunun icrası ilə bağlı bu ilin 6 ayında görülən tədbirlərə dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yoxlamalar zamanı 172 müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması ilə əlaqədar nöqsanlar aşkar edilib:

"Aşkarlanan nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq qərarlar qəbul olunub. Eyni zamanda, Agentlik tərəfindən 32 ali təhsil müəssisəsinin qida blokunda yoxlamalar həyata keçirilib. Yoxlamalar zamanı 31 müəssisənin 72 qida blokunda qida təhlükəsizliyi sahəsində qanunvericiliyin pozulması ilə bağlı nöqsanlar aşkar edilib.

29 müəssisənin məsul şəxsləri barəsində inzibati xəta haqqında protokol tərtib olunub, 9 müəssisənin qida blokunun fəaliyyəti isə müvəqqəti məhdudlaşdırılıb. Təkrar yoxlamalar zamanı 29 ali təhsil müəssisəsinin 68 qida blokunda nöqsanların tamamilə aradan qaldırıldığı müəyyən edilib. Həmçinin, 9 ali təhsil müəssisəsində görülmüş sağlamlaşdırıcı tədbirlər nəticəsində məhdudlaşdırıcı qərar qüvvədən salınıb".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR