Təhsil eksperti: “Magistratura imtahanlarının təkminləşdirilməsinə ciddi ehtiyac var”
Son günlər tələbələr arasında magistraturaya qəbul imtahanlarının II mərhələsinin ləğv olunacağına dair məlumatlar yayılıb. Bəzi tələbələrin sözlərinə görə, müəllimlərin əksəriyyəti onları II mərhələ üzrə hazırlaşdırmaqdan imtina ediblər.
Modern.az xəbər verir ki, mövzuyla bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, magistraturaya qəbul imtahanlarına dəyişikliklərin edilməsiylə bağlı yeni qaydalar müzakirə olunma mərhələsindədir. Məlumatda qeyd olunur ki, imtahanda yeniliklərin edilməsi istiqamətində müəyyən təkliflər var. Müzakirələr başa çatdıqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək.
Maraqlıdır, doğurdan da magistraturaya qəbul imtahanın ikinci mərhələsi ləğv ediləcək? II mərhələnin ləğvi magistraturanın qəbul prosesinə nə kimi yenilik gətirə bilər?
Məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov ikinci mərhələnin ləğv olunmasının inandırıcı olmadığını bildirib.
“Düzdür, magistratura imtahanlarının təkmilləşdirilməsinə ehtiyac var. Birincisi, ona görə ki, 5 il əvvəllə müqayisədə magistratura pilləsinə sənəd təqdim edənlərin sayında kəskin azalma var və müəyyən qədər plan yeri boş qalır. Məhz magistratura imtahanları sadələşdirilsə, daha çox şəxsin magistratura pilləsinə qəbul olmasına imkan yarana bilər. İkincisi magistratura imtahanının birinci mərhələsindəki məntiq və informatika fənnindən təqdim edilmiş test tapşırıqları ədalət prinsipinin pozulmasına gətirib çıxarır. Ali məktəblərdə bu fənlər üzrə tədris olunmayan mövzulardan, ağırlaşdırılmış tets tapşırıqları təqdim olunurdu. Nəzərə alsaq ki, magistratura imtahanının ikinci mərhələsində iştirakçılardan ixtisasları üzrə bilik və bacarıqları yoxlanılır, bu zaman ikinci mərhələ ləğv oluna bilməz. Sadəcə olaraq təqdim ediləcək test tapşırlarının sayında, formatında dəyişiklik edilə bilər”.
Kamran Əsədov həyata keçiriləcək dəyişikliyin növbəti ildə seçim zamanı ballara da təsir göstərəcəyini vurğulayıb.
“İxtisas seçimi zamanı əvəllki illərdə formalaşmış balları istiqamət kimi götürəcək bakalavrlar dəyişiklikdən sonra yanıla bilərlər. Bütün hallarda, hesab edirəm ki, magistratura imtahanları ali təhsilin əlçatımlılığı və əhatə dairəsinin genişləndirilməsi prinsiplərinin təmin olunması, gənclərin elmə gəlməsi üçün sadələşdirilməsi, daha çox imtahan iştirakçılarının dil və ixtisasları üzrə bilik və bacarıqları yoxlanılmalıdır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət