Dərc edildi: Baxış sayı: 525
Tehranda əhalinin 20 faizi koronavirusa yoluxub
İranın paytaxtı Tehranda əhalinin 20 faizi koronavirusa yoluxub.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə Tehran şəhərinin Koronavirusla Mübarizə Qərargahının rəhbəri Əlirza Zali deyib.
O bildirib ki, səfərlər virusa yoluxma sayını artırır: “Əyalətlərə səfər edənlərin əksəriyyəti Tehran sakinidir, bu da virusun əyalətlərdə daha çox yayılmasına səbəb olur”.
Qeyd edək ki, Tehran əhalisinin sayı 18 milyon nəfərdən çoxdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət