Dərc edildi: Baxış sayı: 776
TƏBİB rəsmisindən gözlənilməz açıqlama: “Məktəblərdə bütün şagirdlər peyvənd olunmalıdır”
“Məktəblərdə bütün sinif şagirdləri və işçilər peyvənd olunmalıdır”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında TƏBİB nümayəndəsi Fərrux Sədirov deyib.
O bildirib ki, müəllimlərə peyvənd vurulub, şagirdlərə vurulmaması riskdir:
“İki tərəfdən birinin peyvənd olunmaması eyni riski daşıyır. Yəni sinifdə bir nəfərin belə peyvənd olunmaması digərləri üçün təhlükəlidir. Bu səbəbdən bütün siniflər və məktəbdəki digər şəxslər də peyvənd olunmalıdır”.
Qeyd edək ki, Azərbaycanda vaksinasiya yalnız 18-dən yaşdan yuxarı şəxslərə tövsiyə olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət