Slimfit
  1. CƏMİYYƏT

TƏBİB-dən Perinatal Mərkəzdəki yanğında təxliyə olunan uşaqların vəziyyəti ilə bağlı AÇIQLAMA - VİDEO

TƏBİB-dən Perinatal Mərkəzdəki yanğında təxliyə olunan uşaqların vəziyyəti ilə bağlı AÇIQLAMA - VİDEO
Sakura

TƏBİB-dən Perinatal Mərkəzdəki yanğında təxliyə olunan uşaqların vəziyyəti ilə bağlı AÇIQLAMA - VİDEO

“Perinatal Mərkəzdə baş verən yanğın zamanı 60 uşaq təxliyə olunub”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Anar İsrafilov Respublika Perinatal Mərkəzindəki yanğından sonra təxliyə edilənlərin son durumu haqqında danışarkən deyib.

O qeyd edib ki, hazırda təxliyə edilənlərin vəziyyəti tam nəzarətdədir:

“60 uşaq TƏBİB tabeliyində olan 6 tibb müəssisəsinə təxliyə edilib. Onların tüstüdən boğulma və ya yanıq xəsarətinə dair diaqnozları yoxdur. Respublika Perinatal Mərkəzi 3-cü səviyyəli doğum tibb mərkəzidir. Buradakı uşaqlar ya vaxtından öncə doğulub, ya da yanaşı patologiya ilə dünyaya gələn körpələrdir. Onların müalicələri davam etdirilir. Vəziyyətlərində heç bir ağırlaşma müşahidə edilmir”.

Qeyd edək ki, təxliyə olunanlar Kliniki Tibbi Mərkəz, “Yeni Klinika”, Mərkəzi Neftçilər Xəstəxanası, Sabunçu Tibb Mərkəzi, A.F. Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanası və Xətai Tibb Mərkəzinə aparılıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR