Slimfit
  1. CƏMİYYƏT

TƏBİB-dən Fazil Mustafanın səhhəti ilə bağlı məlumat

TƏBİB-dən Fazil Mustafanın səhhəti ilə bağlı məlumat
Sakura

TƏBİB-dən Fazil Mustafanın səhhəti ilə bağlı məlumat

Bu gün Bakıda yaşadığı evinin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafanın vəziyyəti stabil olaraq qiymətləndirilir.

Ens.Az-ın məlumatına əsasən,bu barədə Axar.az-a TƏBİB-dən bildirilib.

"TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib.

Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur", - məlumatda deyilir.

Qeyd edək ki, bu gün axşam saatlarında millət vəkili Fazil Mustafa Zabrat qəsəbəsində yaşadığın evin qarşısında güllələnib. Ona avtomat silahdan çoxsaylı atəş açılıb. Güllələrdən ikisi millət vəkilinə dəyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR