Dərc edildi: Baxış sayı: 314
Təbabət sahəsində Nobel mükafatının sahiblərinin adları açıqlanıb
Dünya Nobel Komitəsi fiziologiya və təbabət sahələrində Nobel mükafatları sahiblərinin adlarını açıqlayıb.
“Report” xəbər verir ki, bədxassəli şişlərə insan orqanizminin immunitet reaksiyasını əngəlləyən nəzarət nöqtələrini kəşf edən və bu nöqtələri təşviq edən dərman preparatları yaradan Ceyms Ellison və Tasuku Xondze Nobel mükafatının yeni sahibləri olublar. Belə ki, bədxassəli şişlərinin immun reaksiyanın nəzarət nöqtələri deyilən molekullar vasitəsilə oqranizmin immun sistemindən qorunduğu aşkara çıxarılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət