Dərc edildi: Baxış sayı: 392
TBMM sədri Azərbaycanı təbrik etdi
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş Bakının işğaldan azad olunmasının 105-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, o bu barədə X hesabında paylaşım edib.
“Bakının işğaldan azad edilməsinin 105-ci ildönümünün qeyd edərək: Qafqaz İslam Ordusunun komandanı Bakı Fatehi Nuru Killigil Paşanı və onların əsgərlərini yad edirəm.
Ruhları nur, ruhları şad, məkanları cənnət olsun.
Türkiyə və Azərbaycan dünən və bu gün olduğu kimi “bir millət, iki dövlət” şüarı ilə birlik və bərabərlik içində həmrəyliklərini davam etdirəcəklər”, - paylaşımda qeyd edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət