Dərc edildi: Baxış sayı: 671
“Taxt-tac oyunları”nın ulduzu yeni filmdə rol alıb
“Taxt-tac oyunları” və “Akvamen” filmlərinin ulduzu Ceyson Momoa “Neftlix” kinoşirkətinin "Sweet Girl” (“Şirin qız”) filmində baş rol alıb. AZƏRTAC xəbər verir ki, bu barədə “Deadline” məlumat verib.
Yeni kriminal dramın süjetinə görə, filmin qəhrəmanı qətlə yetirilmiş arvadının qisasını alır.
«Sweet Girl» Momoa üçün “Netflix”lə artıq ikinci layihədir. Bundan əvvəl o, tarixi mövzuda “Frontier” (“Sərhəd”) serialında çəkilib.
Xatırladaq ki, Momoa “Taxt-tac oyunları”nda Droqo rolunda çəkilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət