Slimfit
  1. MƏDƏNİYYƏT

“Taxt oyunları”nın finalında Deyenerisin xəz paltosunun gizli mənası açıqlanıb

“Taxt oyunları”nın finalında Deyenerisin xəz paltosunun gizli mənası açıqlanıb
Sakura

“Taxt oyunları”nın finalında Deyenerisin xəz paltosunun gizli mənası açıqlanıb

“Taxt oyunları”nın (“Games of Thrones”) səkkizinci mövsümündə əsas qəhrəman Deyeneris Tarqarienin ağ xəz paltoda çıxışı təsadüfi deyil – bunda diqqətli tamaşaçılar üçün gizli ismarıclar var.

“Tvguide” portalının məlumatına görə, bu barədə serialının kostyum üzrə rəssamı Mişel Klepton xəbər verib.

Klepton vurğulayıb ki, Deyenerisin geyimləri hər zaman onun daxili vəziyyətini əks etdirib və “Əjdəhalar Anası”nın səkkizinci mövsümündə ağ xəz geyimdə çıxması yeddi krallığın xilaskarının Dəlisov Kraliçaya çevrilməsinə işarə olub. 

O vurğulayıb ki, onlar kostyumu hazırlayarkən əvvəlcə Emiliya Klarkın qəhrəmanına şimalda isti ola biləcəyi qənaətinə gəliblər, lakin rəssam düşünüb ki, Deyeneris serialda ilk dəfə olaraq öz xeyrinə deyil, sevgi naminə bir şey edir, bu səbəbdən geyimi də xüsusi olmalıdır.

“Və Deyenerisin özünü xilaskar mələk kimi görməsi ideyası çox xoşuma gəldi. O, əjdahadan düşərkən mərhəmət mələyini xatırladırdı. Düşünürəm ki, bu geyimi onun həmin vaxtdakı daxili vəziyyətinə uyğun idi”, - deyə Klepton vurğulayıb.

Onun fikrincə, paltonun ağ parçası Deyenerisin paklığını simvolizə edir, həmçinin, onun ürəyindəki soyuqluqdan xəbər verib, bu da ağ gəzginlərlə paralellər aparmağa imkan yaradıb.

Qeyd edək ki, ABŞ istehsalı olan fentezi və dram janrlı “Taxt oyunları” teleserialı 2011-ci ildə HBO kanalında nümayişə başlayaraq səkkiz mövsüm davam edib. Başladığı andan böyük maraq yaradan serial tez bir zamanda dünyanın müxtəlif ölkələrində nümayiş olunmağa başlayıb. Serial Corc Martinin fantastik əsəri olan “Buz və Alovun Nəğməsi”nin motivləri əsasında hazırlanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR