Slimfit
  1. DÜNYA

Tarixin ən yaxşı mahnısı məlum oldu

Tarixin ən yaxşı mahnısı məlum oldu
Sakura

Tarixin ən yaxşı mahnısı məlum oldu

“Beatles” qrupunun “Yesterday” mahnısı bütün vaxtların ən yaxşı mahnısı elan olunub.

Bu barədə “24/7 Wall Street” portalı yazır.

1965-ci ildə buraxılan bu mahnıya 665 “cover” yazılıb. “Billbord Hot” hit-paradında bu, 11 həftə birinci yerdə qalıb.

İkinci yerdə 1970-ci ildə çıxan “Simon & Garfunkel”in “Bridge Over Troubled Water” ifası qərarlaşır. Ona 400-dən çox “cover” yazılıb və “Billboard”da 14 həftə ilk olub.

Üçüncü yerdə isə Adelin 2010-cu ildə çıxan “Rolling In the Deep” mahnısıdır. 65 həftə hit-paradda qalan mahnıya 84 “cover” yazılıb.

“TOP-10”luqda “Beatles”dan “Hey Jude”, amerikalı müğənni Con Leqenddən “All of Me”, Ledi Qaqadan “Bad Romance”, “The Queen”dən “Bohemian Rhapsody”, “Beatles”dan “Let It Be” və Bill Uizersdən “Ain't No Sunshine” var.

Siyahı 100 mahnıdan ibarətdir, aralarında Elvis Preslidən “Can't Help Falling In Love” (11-ci yer), Farel Uilyamsdan “Happy” (14-cü yer), Nensi Sinatradan “These Boots Are Made For Walkin” (21-ci yer), “Survivor” qrupundan “Eye of the Tiger” (25-ci yer), Eminemdən “Lose Yourself” (27-ci yer) yer alıb.

Ən yaxşı mahnılar üzrə liderlik “The Beatles” qrupuna aiddir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR