Slimfit
  1. MARAQLI

Tarixin ən uğursuz oğurluğu

Tarixin ən uğursuz oğurluğu
Sakura

Şahzadənin "qayınatası"nın daş-qaşını apara bilmədilər

Dünyanın ən uğursuz oğruları şahzadənin "qayınatası"nın daş-qaşına göz dikdilər

Fransada ağlasığmaz, yalnız filmlərdə rastlaşdığımız bir cinayət baş verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, 3 nəfər silahlı şəxs yanvarın 10-da Parisdəki "Rits" otelinin birinci mərtəbəsinə hücum edib. Həmin mərtəbədə Fransanın ən iri zərgərlik şirkətlərinin dükanları yerləşir. Silahlılar dükandakıları qorxudaraq 4,5 milyon avro dəyərində daş-qaşı çıxararaq otelin girişində dayanmış iki nəfər ortaqlarına veriblər. 

Həmin iki nəfər motosiklet və avtomobillə aradan çıxmağa cəhd edib. Əməliyyatı həyata keçirən üçlüyü isə hadisə yerinə gələn polislər həbs ediblər.

Ən maraqlısı isə bundan sonra baş verib. Oğurlanan bütün daş-qaş motosikletçinin əlindəki çantada olub. O isə yolda qəzaya düşərək çantanı əlindən salıb. Polislər arxasınca düşdüyündən quldur çantanı qaldırmayaraq qaçıb.

Paris polisinin nümayəndəsi oğurlanan daş-qaşın son dənəsinədək həmin çantada olduğunu, quldurların heç nə apara bilmədiyini bəyan edib. 

Qaçan iki quldurun axtarışı isə davam edir.

"Rits" oteli ərəb biznesmen Məhəmməd əl-Fayedə məxsusdur. Məhəmməd əl-Fayed 1997-ci ildə şahzadə Diana ilə birlikdə avtoqəzada həlak olmuş Dodi əl-Fayedin atasıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR