Slimfit
  1. MARAQLI

Tarixin axınını dəyişən 20 güclü qadın

Tarixin axınını dəyişən 20 güclü qadın
Sakura

Tarixin axınını dəyişən 20 güclü qadın

ŞƏRHLƏR
Dövlətlərə təsir edən, tək bir sözü ilə imperatorluqları qorxuya salan, kəşfləri ilə dünyanı gözəlləşdirən qadınlar yüzillərdir ki, tarixə yön verirlər.

Hürrəm Sultan

Ukraynaya edilən yürüşlərdən sonra saraya əsir olaraq gətirilən Anastasiyanın adı Hürrəm olaraq dəyişdirilir. Dövlət işlərində böyük rol oynayaraq Osmanlı imperatorluğunda “Qadınlar səltənətinin” başlanğıcını qoyur. Sultan Süleymanın nigahlı həyata yoldaşıdır və Qanuniyə 5 övlad bəxş edən Hürrəm Sultan adını tarixə yazdırmışdır.

Tereza Ana

Katolik dünyasının ən müqəddəs insanı olaraq qəbul edilən Rahibə Tereza həyatını gücsüz və baxıma ehtiyacı olan insanlara həsr etmiş və Kəlkətədə təkbaşına 1000 insanı xilas edərək tarixə düşmüşdür.

Aqata Kristi

İngilis yazıçı, populyar ədəbiyyatın əhəmiyyətli simalarından biri və dedektiv Herkül Puaro personajının yaradıcısıdır. Meri Vestmakot təxəllüsü ilə sevgi romanları yazsa da, məşhur olmasını yazdığı 80 dedektiv romana və Vest End teatrlarında müvəffəqiyyətlə səhnəyə qoyulan tamaşalarına borcludur.

Kleopatra

Misirin son hökmdarı, dövrün ən güclü iki siması olan Sezar və Mark Antoni ilə münasibətləri sayəsində ölkəsini dağılmağa qoymayan, gözəlliyi hələ də dillərə dastan olan bir qadın.

I Elizabeth

I Elizabeth 17 noyabr 1558-ci ildən həyatdan köçdüyü tarixə qədər İngiltərədə hakimiyyətdə olmuşdur. Həmçinin formal olaraq, İrlandiyanın və Fransanın da kraliçası hesab olunurdu.

Anne Frank

Almaniyadakı Yəhudi Soyqırımın simvolik simalarındandır. 13 yaşında ikən yazdığı gündəliklər sayəsində nasist zülmünü bütün dünyaya çatdırmağa nail olmuşdur.

EMİLY MURPHY

Kanadanın ilk qadın hakimi olaraq ölkədə qadınların insan kimi sayılmadığını qeyd edən qanunun dəyişdirilməsini təmin etmişdir.

Rosa Parks

1930-cu illərdə ağ və qaradərililər avtobuslarda fərqli yerlərdə otururdular. Alabamada ağdərili bir kişi Parksdan ona yer verməsini istədi. Ona ayrılan yerdə oturmaq istəməyən Parks yerini vermək istəmədi və nəticədə həbs olundu. Bu hadisə Amerikada qaradərililərin müqavimətinin başlanğıclarından biri olaraq qəbul edilir.

Şahzadə Diana

Şahzadə gördüyü xeyriyyə işləri və cəmiyyətin aşağı təbəqəsi ilə qurduğu yaxın münasibətləri sayəsində XX əsrin ən çox tanınan və sevilən humanist simalarından birinə çevrilmişdir. 1997-ci ildəki ölümü dünya miqyasında böyük səs salmışdır.

Boudicc, selt kraliçası

Həyat yoldaşı Britaniya adasının əhəmiyyətli klanlarından birinə rəhbərlik edirdi. Ərinin vəfat etməsindən sonra romalılar Britaniyanı məhv etməyə çalışsalar da, Boudikka buna müqavimət göstərmiş və bütün klanları birləşdirərək müqavimətin simvoluna çevrilmişdir.

ELEANOR D´AQUİTAİNE

Fransanın ilk kraliçası gözəlliyi və cazibəsi ilə diqqət çəkməklə yanaşı həm də siyasət sahəsində böyük nüfuza malik idi. O həm də kral anasıdır. Oğulları Şirürəkli Riçard və Con İngiltərənin güclü krallarından idi. Ailə bağlantıları sayəsində isə bütün Avropaya nəzarət etmişdir.

Sapfo

Tarixdə ilk ədəbiyyatçı qadın, Afroditin rahibələrindən biridir. Yazdığı çoşğulu və cəsur şeirlər yüzilliklər boyunca yaşamış və bugünə qədər gəlmişdir.

Böyük Yekaterina

Rusiyanı 18-ci əsrin ən qüdrətli dövlətinə çevirən imperatriça həm də yüzminlərlə kilometri əhatə edən torpaqları fəth etmişdir. Rusiya İmperiyasının sağlam bünövrəsi onun hakimiyyəti illərində və onun töhvələri ilə qoyulmuşdur.

Janna Dark


Jeanne d’Arc

Yüzillik müharibə ərzində İngiltərəyə qarşı Fransanın Lotarinqiyadakı cəbhələrindən başlayaraq mənəvi baxımdan çox böyük dəstək olan və daha sonradan şöhrəti Fransanın hər tərəfinə yayılmış müqəddəs sayılan fransız katolik qadındır.

Merilin Manro


Marilyn Monroe

Cazibədarlıq anlayışını kinoya daşıyan ən gözəl sarışın.

Marqaret Tetçer


Margaret Thatcher

“Dəmir Ledi” ləqəbli İngiltərənin ilk prezident qadını. Tetçer soyuq müharibə dövründə ölkəsinin inkişafında əhəmiyyətli rol oynamışdır.

Eva Peron

Argentinalı lider Xuan Peronun həyat yoldaşı yoxsulları və qadın haqlarını müdafiə edərək xalqın sevimlisinə çevrilmişdir.

İndira Qandi

Image result for indira gandhi
Indira Gandhi

Hindistanın ilk prezident qadını ölkəsinin ən çətin anlarında onu dağılmaqdan qurtardı. Buna baxmayaraq 1984-cü ildə Sihlər tərəfindən sui-qəsd nəticəsində qətlə yetirilmişdir.

Eleanor Ruzvelt

 

“Ümumdünya İnsan hüquqları Bəyannaməsi”ni BMT Baş Məclisinə təqdim edən və qəbul edilməsini təmin edən dünyanın ilk Birinci Xanımı.

Helena Rubinşteyn

Kosmetika anlayışını tapan və bir sərvət sahibi olan polşalı sahibkar.


Mənbə: 1lady.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR