Slimfit
  1. MEDİA

“TARİX DƏRSİ” filminin yaradıcısı ELŞƏN İSMAYIL-dan ikinci film – “TARİX DƏRSİ 2”

“TARİX DƏRSİ” filminin yaradıcısı ELŞƏN İSMAYIL-dan ikinci film – “TARİX DƏRSİ 2”
Sakura

“TARİX DƏRSİ” filminin yaradıcısı ELŞƏN İSMAYIL-dan ikinci film – “TARİX DƏRSİ 2”

Hal-hazırda çəkilişləri davam edən, yaxın zamanlarda təqdim olunması planlaşdırılan, yeni milli, ideoloji, vətənpərvər film olan “TARİX DƏRSİ 2” filminin ilk xəbəri yayıldığı zamandan filmsevərlərin böyük marağına səbəb olmuşdur. İzləyicilər filmin tanıtım fraqmentini çox bəyənmiş, artıq sosial şəbəkələrdə filmin ciddi müzakirəsi başlamışdır. İndi isə sizlərə filmin aktyorları ELCAN CƏFƏROV və FƏHMİN CƏLALZADƏ ilə hazırladığımız müsahibəmizi təqdim edirik:

 Elcan Cəfərov, deyə bilərsinizmi, bu film ilk seriyasından nə ilə fərqlənəcək?

 

  • Fərq odur ki, hekayə daha dərin məqamları izləyiciyə çatdırır. Əvvəlki filmdən fərqli olaraq siz burada “Azər müəllimi” sadə vətənpərvər müəllimdən daha çox gizli təşkilat adamı, kəşfiyyatçı kimi görəcəksiniz. Bu filmdə vaxtilə Azər müəllimin başlatdığı böyük bir milli mübarizənin davamı var.

“Babək” obrazının hansı xüsusiyyətləri var, digərlərindən nə ilə fərqlənir?

 

  • Oynadığım “Babək” obrazı nisbətən üsyankar və qətiyyətli mövqeyilə seçilir. Xüsusilə liderlik bacarığına malik və ətrafındakı insanları yönləndirə biləcək şəxsdir.

Elşən İsmayıl yaradıcılığına münasibətiniz?

 

  • Düşünürəm ki, Elşən İsmayıl Azərbaycan kino tarixində boş qalmış yeri doldurmağa cəhd edir. Vətənpərvərlik mövzusunda bu zamana qədər çox filmlər çəkilsə də, filmlərdə Elşən İsmayıl kimi bir yanaşma olmamışdır. Milli xətti və milli ideologiyanı izləyiciyə tamamilə çatdıra bilən və millətçilik fəlsəfəsinə yeni bir baxış gətirən bir rejissordur Elşən İsmayıl.

Fəhmin Cəlalzadə, bəs sizin filmə münasibətiniz necədir, bir aktyor kimi?

 

  • Öncəliklə deməliyəm ki, bu mənim üçün ilk film təcrübəsi olsa da, filmdə əlimdən gələni etməyə çalışmışam. Xüsusən vətənpərvərlik mövzusu hər zaman diqqətimi çəkdiyi üçün, bu filmdə həvəslə və böyük istəklə oynayıram. Bu film, gəncliyə xüsusi xitabıyla digərlərindən seçilir. Düşünürəm ki, baxan hər kəs üçün sözün əsl mənasında bir tarix dərsi olacaq bu film.

Bir izləyici kimi Azərbaycan kino tarixinə münasibətiniz?

 

  • Təbii ki, sənətkarlıq baxımından Sovet dövrü çəkilən filmlər daha dəyərlidir mənim üçün. Amma müstəqillik tariximizdə də bir sıra keyfiyyətli sənət əsərləri işıq üzü görmüşdür. Lakin onu deməliyəm ki, ideoloji baxımdan Sovet dönəmində ciddi senzura vardı, sənətə və sənətçilərə ağır təzyiqlər edilirdi. Bir filmdə tarixi bir həqiqəti bildirmək elə də asan deyildi. Amma indi bu problemlər öz həllini tapmışdır. Nəticədə biz demokratik ölkədə yaşayırıq. Hər hansı bir tarixi həqiqəti səsləndirmək nə insanlar, nə də qurumlar tərəfindən qəbahət sayılmır.

Oynadığınız “Təbriz” obrazının xüsusiyyətləri barəsində nə deyə bilərsiniz?

 

  • Təbriz digərlərindən fərqli olaraq daha humanist, daha sadəlövh, daha saf bir adamdır. Peşəsi müəllimlik olduğu üçün düşdüyü durumlara fərqli yanaşa bilmir. Onun üçün onun üçün siyasət aləmi digərlərinin fikrinə nisbətən daha təhlükəlidir. Xüsusilə müəllim yoldaşlarının ermənilər tərəfindən qətli və Sovet rəhbərliyinin bu işdə bilavasitə günahkar olması onu üzmüş və hiddətləndirmişdir. Hər şeyə rəğmən filmin sonlarına doğru Təbriz də Babək kimi mübarizlik nümayiş etdirir və Azər müəllimin intiqamının alınmasına çalışır.

Filmin tanıtım fraqmenti:

https://www.youtube.com/watch?v=BbVMwTmlovo

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR