Dərc edildi: Baxış sayı: 614
Tanınmış telejurnalist Natəvan Babayevanın nəşi Salyana gətirilib
Tanınmış telejurnalist Natəvan Babayevanın nəşi Salyan rayonuna gətirilib.
“Report”un Aran bürosunun məlumatına görə, N.Babayeva sabah səhər saatlarında doğulduğu Parça Xalac kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Telejurnalist uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, N.Babayeva 1977-ci ildə Salyan rayounun Parça Xalac kəndində anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirdikdən sonra uzun illər ANS-də, 2016-cı ilin sonlarından AzTv-də aparıcı işləyib.
Allah rəhmət eləsin!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət