Dərc edildi: Baxış sayı: 705
Tanınmış kardioloqdan yüksək təzyiqi tənzimləyən
Tanınmış Rusiyalı kardioloq Filipp Kopılov yüksək təzyiqdən əziyyət çəkənlərə qidalanmasında kaliumla zəngin olan məhsulları artırmasını tövsiyə edir.
Kalium orqanizmdən artıq mayenin və natriumun xaric edilməsi prosesini sürətləndirir ki, bu da təzyiqin tənzimlənməsinə kömək edir.
Saglamolun.az xəbər verir ki, kaliumla zəngin olan məhsullar bunlardır: ərik qurusu, qara gavalı, kişmiş, sobada bişirilmiş kartof, ağ və qırmızı lobya, balqabaq, ispanaq, banan, qoz.
Mütəxəssis qeyd edir ki, lazım olan effekti almaq üçün kaliumla zəngin olan məhsulları müntəzəm olaraq istehlak etmək lazımdır.
Tanınmış kardioloqun yüksək təzyiqdən əziyyət çəkənlər üçün faydalı rseptini təqdim edirik: ərik qurusu, qara gavalı, kişmiş və qozu bərabər şəkildə götürüb blenderdən keçirin, yaxşı qarışdırın, səhər, günorta, axşam 1 x.q. olmaqla qəbul edin. Dadlı dərmanı soyuducuda saxlayın.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət