Slimfit
  1. İDMAN

Tanınmış cüdoçumuz: “Olimpiadadan sonra çəkimi ya qaldırmaq, ya da karyeramı bitirmək istəyirdim”

Tanınmış cüdoçumuz: “Olimpiadadan sonra çəkimi ya qaldırmaq, ya da karyeramı bitirmək istəyirdim”
Sakura

Tanınmış cüdoçumuz: “Olimpiadadan sonra çəkimi ya qaldırmaq, ya da karyeramı bitirmək istəyirdim”

“Əlbəttə ki, məşq üçün darıxıram. Amma təskinlik tapıram. Çünki bütün günü ailəmin yanındayam. Əvvəl onlar üçün də darıxırdım”.

Bunu Oxu.Az-a Azərbaycanın cüdo üzrə millisinin üzvü, Olimpiya, dünya mükafatçısı və Avropa çempionu Rüstəm Orucov deyib.

28 yaşlı idmançımız ən çox Olimpiadanın təxirə salınması ilə çəkisini yenidən aşağı salmağa görə pis olub:

 

“Ailə ilə birgə olmağımıza görə sevinirik. Amma bir tərəfdən də pis olursan. Çünki Olimpiada təxirə salındı. Mən də daha bir il 73 kq-da çıxış etməli olacağam. Gələn il Olimpiadadan sonra avqustda Konyada V İslam Həmrəylik Oyunları var. Dünya və Avropa çempionatlarında da çıxış etməliyəm.

Olimpiadadan sonra ya çəkimi 81 kq-a qaldırmaq, ya da karyeramı bitirmək istəyirdim. Çünki 2011-ci ildən çəki sala-sala gedirdim. Bu, əziyyətli prosesdir. İndi isə məcburam ki, daha bir il də 73 kq-da çıxış edim”.

Rusiya doğumlu idmançımız karantin günlərində evdə gördüyü işlərdən də danışıb:

“Evdə trenajor avadanlığım var. Fiziki məşq edə bilirəm. İki övladım var. Onlara rəqəmləri, hərfləri öyrədirəm. Axşam 10-dan sonra isə həyat yoldaşımla oturub filmlərə baxırıq”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR