Slimfit
  1. AZƏRBAYCAN

Taleh Ziyadov: "Bakı Dəniz Limanının Əsas Yük Terminalının demontajı bu ilin sonuna kimi bitəcək"

Taleh Ziyadov: "Bakı Dəniz Limanının Əsas Yük Terminalının demontajı bu ilin sonuna kimi bitəcək"
Sakura

Taleh Ziyadov: "Bakı Dəniz Limanının Əsas Yük Terminalının demontajı bu ilin sonuna kimi bitəcək"

Bakı Dəniz Limanının ən qədim terminallarından olan və paytaxtın mərkəzində yerləşən Əsas Yük Terminalının demontajı bu ilin axırına kimi bitəcək. 

Bu barədə ONA-ya “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) Baş direktoru Taleh Ziyadov deyib. 

Qeyd edək ki, mərkəzdə yerləşən Əsas Yük Terminalı bu ilin may ayının 1-dən öz işini dayandırıb.

T.Ziyadovun sözlərinə görə, hazırda terminalın demontajı işləri aparılır və onlar bitəndən sonra ərazidə abadlaşdırma işləri aparılacaq. 

“Azərbaycan Prezidenti İlham Əliyevin 18 oktyabr 2007-ci il 2 443 saylı sərəncamı ilə Əsas Yük Terminalı ərazisinin ekoloji baxımdan sağlamlaşdırılmasını və milli parkın ərazisinin genişləndirilməsini, şəhərdə nəqliyyat sıxlığının qismən aradan qaldırılmasını təmin etmək üçün mövcud liman kompleksinin Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına köçürülməsi qərarı verilib. Hazırda bütün liman əməliyyatları Ələt qəsəbəsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında aparılır”, - deyə Ziyadov əlavə edib. 

T. Ziyadovun sözlərinə görə, liman tərəfindən əlavə yüklərin cəlb edilməsi əlaqələrin genişləndirilməsi sahəsində işlər aparılır: “Bu il Bakı Beynəlxalq Limanı həm yük, həm konteyner, həm də sərnişindaşımalarda artım gözləyir”. 

Xatırladaq ki, bu ilin birinci rübü ərzində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin ümumi yükaşırmanın həcmi 1 035,6 min tondan çox olub. Aşırılmış yüklərin 861 min tondan çoxu və ya 83,1%-i tranzit yüklərin payına düşüb.

Konteynerlərin aşırılmasında böyük artım qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanında 2019-cu ilin yanvar-mart ayları ərzində 7 253 ədəd konteyner (TEU ekvivalentində) aşırılıb ki, bu da keçən il ilə müqayisədə 55,2% artım deməkdir (2018-ci ilin müvafiq dövründə 4 673 TEU).

İlin birinci rübündə Ələt qəsəbəsində yerləşən Bakı Limanının Bərə terminalında vaqon aşırılması 13 788 (keçən ilin müvafiq dövrünə nisbətən 12,6% artım) ədədə çatıb. Bunlardan 6 446 vaqon (46,8%) Bakı-Kurik-Bakı istiqamətində, 7 342 (53,2%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR