Taksilərlə bağlı konsepsiya: qiymət nə qədər olacaq?
Taksi tarifləri ilə bağlı konkret heç bir təklif yoxdur. İclasda sadəcə bununla bağlı məsələyə baxılması təklif edilib.
Ens.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında BNA-nın təşəbbüsü ilə taksi fəaliyyətinin tənzimlənməsində cari vəziyyət və inkişaf perspektivləri mövzusunda video-konfrans formatında keçirilən iclasda iştirak edən nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, təkliflərdən sonra hansı qərarların qəbul olunması və onlara hansı səviyyədə baxılması gələcəkdə məlum olacaq:
“Bu təkliflərin qısa müddətdə qəbul edilməsi mümkün deyil. Onun tətbiqi üçün aylar, illər lazımdır. Hələlik konsepsiyada qiymətdən söhbət getmir və bu konsepsiya yalnız Bakıya aiddir, digər şəhər-rayonlarımıza heç bir aidiyyəti yoxdur. Bakı şəhəri üçün isə vahid qiymətin tətbiqi ilə bağlı təklif var və tarifin nə qədər olması müəyyənləşdirilməyib”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət