Dərc edildi: Baxış sayı: 610
Taksi xidməti göstərən fərdi sahibkarlar üçün yeni qayda
Bakı Nəqliyyat Agentliyinin yeni Bakı Nəqliyyat Konsepsiyasına uyğun olaraq taksi xidməti göstərən fərdi sahibkarlar üçün yeni qayda yaradılıb.
FED.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib. O bildirib ki, taksi xidməti göstərən fərdi sahibkarların idarə etdiyi avtonəqliyyat vasitələrində sürücünün əyləşdiyi oturacağın arxasında sürücünün adını, soyadını və hər hansı şikayət olacağı təqdirdə sərnişinin müraciət edə biləcəyi “qaynar xəttin” nömrəsini əks etdirən lövhə olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət