Tağıyevin heykəlinin qoyulacağı vaxt açıqlandı
Bunu Oxu.Az-a açıqlamasında heykəlin layihə rəhbəri, Xalq rəssamı Xanlar Əhmədov deyib.
Xanlar Əhmədov artıq heykəlin hazırlanması prosesinin başladığını bildirib:
“İşlərə başlanılıb. Hətta heykəlin dəqiq yeri və ölçüləri müəyyənləşib. Hazırda heykəlin işçi modelini hazırlayıram. Ondan sonra heykəl hazırlanacaq. Heykəlin Novruz bayramında hazır olması planlaşdırılır”.
Xatırladaq ki, Hacı Zeynalabdin Tağıyevin “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılacaq heykəli üç metr hündürlüyündə olacaq.
Ayaqüstü olacaq heykəl tunc, qırmızı və qara qranitdən hazırlanacaq.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib olub.
Sevinc Yasinqızı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət