Dərc edildi: Baxış sayı: 1072
Suyun qiyməti artırılacaq? - Rəsmi açıqlama
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması ilə bağlı Azərbaycan Respublikası Tarif (qiymət) Şurasına müraciət edilməyib və belə bir müraciət nəzərdə tutulmur.
Ens.Az-ın xəbər verir ki, bu barədə Modern.az-a “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilib ki, hazırda içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli 5 nömrəli qərarı ilə tənzimlənir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət