Slimfit
  1. CƏMİYYƏT

Sürücüyə hücum edən gənclər hökmdən narazı qalıb

Sürücüyə hücum edən gənclər hökmdən narazı qalıb
Sakura

Sürücüyə hücum edən gənclər hökmdən narazı qalıb

Ucarda quldurluq etməkdə təqsirləndirilən Əhmədov Elxan Yalçın oğlu, Məcidov Əbdürrəhim İlqar oğlu və İbrahimov Əli Saday oğlunu barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Ens.az Pravda.az-a istinadən xəbər verir ki, Şəki Apellyasiya Məhkəməsində keçiriləcək proses avqustun 7-nə təyin edilib.

Şikayət hakim Xəqani Səmədovun sədrliyi ilə araşdırılacaq.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Əhmədovla Əli İbrahimov 8 il və Əbdürrəhim Məcidov isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə ötən ilin dekabrında Ucar şəhərinin Oğuz küçəsində baş verib. Şəhər sakini Əliyev Vüqar Qasım oğlu polisə müraciətində bildirib ki, avtomobilinin yük yerinə 7 min manat dəyərində qızıl üzüklər olan çantanı qoyarkən 2 nəfər tibbi maskalı naməlum şəxs ona yaxınlaşıb. Həmin şəxslər çantanı tələb ediblər. V.Əliyev imtina etdikdə isə ona xəsarət yetiriblər və avtomobilin şüşəsini sındıraraq qaçıblar. İstitnaq əməliyyat tədbirləri ilə quldurluğun Ucar şəhər sakinləri 20 yaşlı Əhmədov Elxan Yalçın oğlu, 17 yaşlı Məcidov Əbdürrəhim İlqar oğlu və 19 yaşlı İbrahimov Əli Saday oğlu tərəfindən törədilməsi müəyyən edilib. Faktla bağlı 3 maddə ilə cinayət işi başlanıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR