Slimfit
  1. CƏMİYYƏT

Sürücülərə bəd xəbər - 1 yanvardan etibarən...

Sürücülərə bəd xəbər - 1 yanvardan etibarən...
Sakura

Sürücülərə bəd xəbər - 1 yanvardan etibarən...

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi Milli Məclisdə müzakirəyə çıxarılıb.

Qanun layihəsini komitə sədri Ziyad Səmədzadə təqdim edib.

Layihəyə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu 20 manatdan 30 manata qaldırılır.

Eyni zamanda nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün avtonəqliyyat vasitələri üçün nəzərdə tutulan 20 manat dövlət rüsumu da 30 manata qaldırılır.

Qanun 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR