Slimfit
  1. AVTO VƏ MOTO

Sürücü, hərəkətdə olan zaman qəfildən özünü pis hiss edərsə, sərnişinlər nə etməlidir?

Sürücü, hərəkətdə olan zaman qəfildən özünü pis hiss edərsə, sərnişinlər nə etməlidir?
Sakura

Sürücü, hərəkətdə olan zaman qəfildən özünü pis hiss edərsə, sərnişinlər nə etməlidir?

Hər bir sərnişinin dəhşətli yuxusu – avtomobili idarə edən sürücünün qəfildən özünü pis hiss etməsidir. Avtomobil idarəetməni itirir, o tərəf bu tərəfə qaçır, sonra isə – qismət. AVTO KLUB AZƏRBAYCAN – belə bir vəziyyətdə nə etməli və necə olmaq lazımdır? Ya Allaha ümid etmək, ya da təkbaşına hərəkət etməyi araşdırdı.

Yolda hər şey ola bilər. Təkərlər çıxır, yük bərkidiciləri qopur, qəfildən heyvan və ya insan yolun hərəkət hissəsinə qaçır, ağaclar küləkdən yıxılır, kimsə idarəetməni itirir, sükan arxasında yuxuya gedir... Hər şeyi sadalamaq və nəzərə almaq mümkün deyil. Buna görə nəinki sürücülər, sərnişinlər də ayıq olmalıdırlar. Məsələn, sükan arxasında olan adam özünü pis hiss edərsə, məhz onlar, hərəkət etmək məcburiyyətində qalacaqlar.

Əgər sürücü, infarkt və ya insult keçirirsə, çox güman ki, vəziyyət ən sürətli şəkildə inkişaf edəcəkdir. Və onun nəticəsinə avtomobildən və yol vəziyyətindən tutmuş, salonda oturduğunuz yerə və sürətli qərar vermək qabiliyyətinizə qədər müxtəlif amillər təsir edəcəkdir. Buna baxmayaraq, bütün bunlar əgər sürücüyə yaxın bir yerdəsinizsə – ön sərnişin oturacağındasızsa onda işləyir.

Məsələn, bir problem sizi mexaniki sürət qutusu olan bir avtomobildə tutduqda, mühərrik əyləcini həyata keçirərək sürətini azaltmağa çalışmalısınız. Bunun üçün işə salma açarına əlinizi uzatmalı və söndürməlisiniz. Açarı sona qədər çevirməyin – bununla siz sükanı kilidləyəcəksiniz, ancaq siz hələ də onunla işləməlisiniz.

Əgər hər şey alındısa – mühərrik söndürüldü və avtomobil yavaşlamağa başlayırsa, onu kollara, qar yığınlarına, hündür otlara və ya ayırıcı arakəsməyə, bəzi hallarda isə xəndəyə yönəltməyə çalışın – bu sürəti daha təsirli ir şəkildə "söndürməyə" imkan verəcəkdir. Əl əyləci ilə də kömək edə bilərsiniz, amma çox güman ki, həyəcandan onu çox çəkəcəksiniz və avtomobil sürüşəcək. Bunun baş verməsinin qarşısını almaq üçün özünüzdə bir dözümlülük tapmalı və əl əyləci ilə işləməyi bacarmalısız. Əsas odur ki, yaxınlaşan axından çevirməyə çalışın.

Avtomatik sürət qutusu, mühərriki işə salma düyməsi, hətta elektron əl əyləcinin idarədən çıxması – müşahidə olunan avtomobilinin salon sakinləri üçün olduqca ciddi bir problemdir. Ancaq burada da ən azından həyatınızı xilas edə biləcək bir şey etməyə cəhd etməlisiniz. Məsələn, sürücünün ayağı qaz pedalındadırsa, neytral vəziyyətə keçirə bilərsiniz - bu ən azından sürətlənmənin qarşısını alacaqdır. Bu vəziyyətdə, əlbəttə ki, yuxarıda sadalanan maneələrdən istifadə edərək, tam dayanmaq üçün ən təhlükəsiz yolu seçməlisiniz.

Əgər qaz pedalı sıxılmayıbsa, sürət qutusu seçicisini D (Drive) rejimində saxlamaq daha yaxşıdır. Sonda sürtünmə qüvvəsi öz işini görəcək və avtomobil yavaşlayacaq.

Bir çox sürücü müasir avtomobillərin təchiz olunduğu müxtəlif yardım sistemlərini danlayır. Ancaq bəziləri bu vəziyyətdə, necə deyərlər, sərnişinin əlində oynaya bilər. Söhbət təcili əyləc sistemindən gedir. Sistemdəki göstəricilər və kameralar vasitəyə çox tez yaxınlaşdığınızı aşkar edərsə, təcili əyləc aktivləşir.

Əgər sürət azdırsa, idarə olunmayan avtomobil içəridə oturan sərnişinlər üçün nəticəsiz dayanacaq. Sürət çoxdursa, onları düzəltməyə çalışacaq – bahalı xarici avtomobillərdə elektronikalar nəinki yavaşlayır, həm də içəridə oturan sərnişinləri toqquşmaya hazırlayır, məsələn: bütün pəncərələri qaldırır, oturacağın söykənəcəyinin və baş altlıqlarının meylliyini dəyişdirir və təhlükəsizlik kəmərlərini çəkir.

Bir sözlə şans var, amma sualım budur - sürücü ürəyini tutanda sərnişin özünü itirməyəcəkdir?

 

Hazırladı: AVTO KLUB AZƏRBAYCAN klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Mənbə: AvtoKlub Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR