Suriyadakı hərəkatın adı niyə "Sülh Çeşməsi" qoyulub? - Ərdoğan cavablandırdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Suriyadakı əməliyyatları ilə bağlı önəmli açıqlamalar verib.
Metbuat.az türk mediasına istinadən xəbər verir ki, o həmçinin hərəkatın adının niyə məhz "Sülh Çeşməsi" olduğunu da açıqlayıb:
"Biz bu əməliyyatda sivil insanların tükünə də zərər gəlməsini qəbul edə bilmərik. Sadəcə bizə hücum edənləri, tələ quranları hədəf alırıq. Hərəkatın adı müəyyən edilərkən təsadüfi bir seçim etməmişik. Terror qruplaşmalarını bölgədən qazaraq sülhü təmin etmək üçün bu addımı atmışıq. Bizim Suriya sərhəddimiz çeşmələrlə doludur. Buna görə də, hərəkatın adını "Sülh Çeşməsi" qoymuşuq. Qısa müddətdə Münbiçdən İraq sərhəddinə qədər ərazini hüzura qovuşdurub Suriya xalqının üzərində 8 ildir dolaşan qara buludları dağıdacağıq".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət