Suraxanı RİH: Mehman Hüseynov 2 ay öncə işdən çıxarılıb
Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) Rayon təsərrüfatı şöbəsinin müdiri Hüseynov Mehman Elman oğlunun vəzifədən azad edilməsinə münasibət bildirib.
Ens.Az-in məlumatina əsasənRİH-dən Pravda.az-a daxil olan məlumatda bildirilib ki, M.Hüseynov bir neçə gün öncə deyil, bu ilin may ayının 14-də öz ərizəsi ilə işdən çıxıb.
Yəni qurumun açıqlamasından belə görünür ki, əmri A.Əliyev deyil, əvvəlki icra başçısı Əziz Əzizov imzalayıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin iyulun 8-də imzaladığı sərəncamla Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. A.Əliyevin təyinatınadək M.Hüseynov rayon icra hakimiyyətinin rəsmi saytında şöbə müdiri kimi göstərilirdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət