Slimfit
  1. MEDİA

Suqakdan Bakıya: Düşməninizi zəif bilməyin!

Suqakdan Bakıya: Düşməninizi zəif bilməyin!
Sakura

Suqakdan Bakıya: Düşməninizi zəif bilməyin!

Ukraynanın milli televiziya kanalı Ukrayna TV-nin (“Украина ТВ”) direktoru və baş redaktoru Yuriy Suqakın Axar.az-a eksklüziv müsahibəsini təqdim edirik:

- Yuriy Aleksandroviç, sizin kanal 2018-ci ildə reytinq üzrə birinci yeri tutub. Buna necə nail oldunuz?

- Ukrayna TV ilk dəfə 1993-cü ildə yayıma başladı. Onda bizim heç ayrıca tezliyimiz də yox idi. Bir efiri 3 şəhər kanalı ilə bölüşdürürdük. Sutka ərzində 2-3 saat vaxtımız var idi. Bu vaxtı səmərəli istifadə etməli idik ki, tamaşaçı bizi izləsin. 2003-cü ildə ilk ciddi uğurumuzu qazandıq – milli televiziya kanalı statusu aldıq. 2008-ci ildə ölkə əhalisinin böyük hissəsinin rəğbətini qazana bildik. Hər şey isə balaca otaqdan başlamışdı. Məhz o 2-3 saatlıq efir vaxtı ən maraqlı kontenti tapmaq bacarığı bizi rəqiblərimizdən güclü etdi.

Uğur sirrimiz yoxdur, yolumuz axtarış yoludur. Bir çox mətbu orqanlar təkrar xəbərlərlə məşğul olduğu halda biz yeni mövzular üzərində işləyirik. Məsələn, siyasi tok-şou formatını biz gətirmişik.

Artıq 20 ildir fəaliyyət göstərən və brendə çevrilmiş “Seqodnya” (“Сегодня”) saytını yaratdıq. Bunu da öz uğurumuz sayıram. Çox risk etdik, yeni layihələr açdıq, bəziləri batdı, amma çoxu uğur gətirdi. Bu işdə yenilik etməyə, riskli addımlara əl atmağa dəyər.

Bir də bu işdə birinci olmaq üçün peşəkar komandan və güclü sosial şəbəkə səhifələrin olmalıdır. Hazırda sosial şəbəkələrdən istifadə etmədən jurnalistikada birinci olmaq mümkün deyil.

- Azərbaycan efiri barədə nə deyə bilərsiniz? Bizdə yerli televiziya kanallarına maraq azdır, reytinqdə rus və ya türk kanalları illərdir hegemonluq edir. Bizim TV kanallarına nə məsləhət verərdiniz?

- Mən bir çox ölkənin televiziya kanallarını monitorinq etmişəm. Azərbaycana qaldıqda, bunu deyə bilərəm ki, rəsmi xəbərləri önə çəkməkdənsə, tamaşaçının maraqlarını düşünmək lazımdır. Region xəbərlərini izləmək lazımdır. Sizdə əksər xəbərlər, verilişlər, filmlər Bakı ilə bağlı olur.

Sizə başıma gələn bir hadisəni danışım. Mən dünyanın ən nüfuzlu kanallarının iş prosesləri ilə şəxsən tanış olmuşam. BBC, CNN və bu kimi kanallar çox keyfiyyətli işlər görürlər. Onların etdiklərini eksperiment kimi biz də etməyə başladıq. Studiyaları ən qeyri-adi yerlərdə quraşdırdıq, bir sözlə, ofisdən kənara çıxdıq, adi insanlara yaxın olduq. Və bu dərhal öz effektini verdi.

- Yəqin ki, Azərbaycan və azərbaycanlıların “nömrə bir” qrifli problemindən xəbəriniz var: Dağlıq Qarabağın işğalı ilə bağlı nə deyə bilərsiniz? Azərbaycan mediası informasiya müharibəsində özünü necə aparır?

- Bu, çox böyük haqsızlıq və dərddir. Bildiyiniz kimi, biz də analoji hal ilə qarşılaşmışıq. KİV bu mövzuda təkcə formal xarakter daşıyan rəsmi bəyanatlarla kifayətlənməməlidir. Tarixi faktlar, sübutlar, müharibənin faciəsini yaşamış insanlarla bağlı süjetlər hazırlanmalı, filmlər çəkilməlidir. Düşməninizi zəif bilməyin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR